Karnival Rou () – Orlando Blumun prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-nuar və fentezi teleserialı. Treyvis Biçemin "Karnival Rouda qətl" adlı film ssenarisinə əsaslanır. Serial 30 avqust 2019-cu ildə Prime Video vasitəsilə buraxılmış və 8 seriya davam etmişdir. 2019-cu ilin iyulunda ikinci mövsümü anons edilmişdir. Hekayə mifik varlıqlarla insanların birlikdə yaşadıqları şəhərdə cərəyan edir və irqlər arasındakı münasibətlər gərginləşməkdədir.
Teleserialın baş rollarında Orlando Blum (Raykroft Filostreyt) və Kara Delevin (Viqnatte Stounmoss) çıxış edirlər. Digər rollarda Devid Qyasi, Karla Krom, İndira Varma, Tamzin Merçant və Skott Reyd çıxış edirlər.
"Karnival Rou" əsasən tənqidçilərin mənfi rəylərini almışdır.
Məzmun Hadisələr xaos mühitinin hökm sürdüyü Viktoriya dövründə baş verir. Əslində ölkə sülh şəraitindədir, lakin yerli sakinlər, köçkünlər və mifik varlıqlar arasındakı sülh təhlükə altındadır. Bu zaman isə üstü açılmayan cinayətlər baş verir.
Müfəttiş Raykroft Filostreyt öldürülən bir rəqqasın cinayətini araşdırmağa başlayır. Ölənin həyatı çox dəyərli olmasa da, Raykroft məsələni araşdırmaqda qərarlıdır.
Rollarda Orlando Blum Raykroft Filostreyt rolunda. Kara Delevin Viqnetta Stounmoss rolunda. Devid Qyesi Aqners rolunda. Temzin Merçant İmocen Spornrouz rolunda. Endrü Qouer Ezra Spornrouz rolunda. Karla Krom Turmalin rolunda. Erti Froşan Cona Brikspir rolunda.
Seriyalar
Xarici keçidlər
Kateqoriya:ABŞ teleserialları Kateqoriya:2019-cu ilin teleserialları Kateqoriya:Fentezi teleserialları Kateqoriya:Dram teleserialları Kateqoriya:Siyasi teleseriallar Kateqoriya:Epik fentezi teleserialları Kateqoriya:Amazon Prime Video orijinal proqramı Kateqoriya:Stimpank filmləri Kateqoriya:2010-cu illərin ABŞ dram teleserialları Kateqoriya:Magiya televiziyada Kateqoriya:Stimpank teleserialları