Stefani Frappar (; 14 dekabr 1983, Val-d'Uaz, Fransa) — fransalı FİFA dərəcəli futbol hakimi.
Karyerası 2011-ci ildə Fransada əhəmiyyətinə görə üçüncü dərəcəli futbol divizionu olan Milli çempionatın oyununu idarə edib.
2014-cü ildə Liqa 2-də görüş idarə edən ilk qadın hakim olub.
2015-ci ildə Kanadada keçirilən qadınlar arasında dünya çempionatında hakimlərdən biri olub.
2019-cu ildə Fransada baş tutmuş qadınlar arasında dünya çempionatında final görüşünü idarə edib.
2019-cu ilin aprelində elan edilib ki, Frappar Fransa çempionatının güclülər dəstəsində görüş idarə edəcək ilk qadın referi olacaq. O, aprelin 28-də 34-cü tur çərçivəsində "Amyen" və "Strasbur komandaları arasında baş tutmuş görüşdə Liqa 1-də debüt edib.
14 avqust 2019-cu ildə İngiltərənin "Liverpul" və "Çelsi" komandaları arasında keçirilmiş UEFA Superkuboku matçını idarə edib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qadın futbol hakimləri Kateqoriya:Fransada doğulanlar