Şah Abbasın Şirvana yürüşü — Səfəvi şahı I Şah Abbas rəhbərliyində, 16031618-ci illərin SəfəviOsmanlı müharibəsi əsnasında, 1606-cı ildə başladılan və 1607-ci ildə sona çatdırılan hərbi yürüş. Səfəvilər 1590-cı ildə imzalanmış İstanbul sülh müqaviləsinin şərtlərinə görə, Şirvan vilayətinin nəzarətini itirməli oldular. 1606-cı ilin qışın Səfəvi şahı I Şah Abbas Şirvana yürüş keçirir. Dərbənd və Bakı şəhərləri Səfəvilərə meylli üsyanlar səbəbilə tez bir müddətdə zəbt edildi. 1607-ci ilin yazında I Şah Abbas Şirvan vilayətinin paytaxtı Şamaxı şəhərini fəth edir. Beləliklə, Şah Abbas Səfəvilər dövlətinin 1590-cı ildə itirdiyi torpaqları geri alır.

Mənbə İstinadlar

Ədəbiyyat

Kateqoriya:1606-cı ildəki_münaqişələr Kateqoriya:Səfəvi–Osmanlı müharibələri Kateqoriya:Gəncə tarixi Kateqoriya:Azərbaycandakı döyüşlər Kateqoriya:Azərbaycanın hərb tarixi Kateqoriya:Səfəvilərin döyüşləri Kateqoriya:Osmanlı imperiyasının döyüşləri Kateqoriya:1606-cı ildə Azərbaycan Kateqoriya:1607-ci ildə Azərbaycan Kateqoriya:Dağıstan tarixi