thumb|Dr. Mekintayrın X-Ray filmi (1896) Radiologiya (lat. radius "şüa" + λόγος — "elm") — diaqnostika (radiodiaqnostika) və müalicə (radioterapiya) üçün şüalanma metodlarını öyrənən, həmçinin şüalanmanın insan orqanizminə olan təsirini öyrənən tibb sahəsidir.

Bu elm sahəsi ilə bir çox alimlər məşğul olmuşlar: Vilhelm Rentgen, Bekkerel, Mariya Küri və Pyer Küri və s. Küri cütlüyünün əlləri radioaktiv nümunələrlə davamlı təmasda olduğundan yaralarla örtüldü və bu, tibbi praktikada radiumun istifadəsi fikrini stimullaşdırdı. Pyer Küri isə bu həqiqəti 5 iyun 1905-ci ildəki Nobel nitqində vurğuladı.

Başlanğıcda, radiologiya tibbi tədqiqat məqsədli vizual məlumat əldə etmək üçün rentgen maşınları və ya digər oxşar cihazların yaydığı elektromaqnit enerjisindən istifadə imkanlarını araşdıran tibb elminin bir istiqaməti idi. X-şüalarının istifadəsini özündə ehtiva edən radiologiya sahəsi rentgenologiya adlanır. Bu gün tibbi təsvir artıq rentgen şüalarının istifadəsi ilə məhdudlaşmır, həmçinin yüksəktezlikli dalğalar, maqnit sahələri və digər şüalanmadan istifadə edən tədqiqatları da özündə saxlayır.

Radiologiya elminin təsnifatı Radiologiya Radiodiaqnostika Radioqrafiya Radioizotop diaqnostikası in vivo Pozitron emissiya tomoqrafiyası in vitro Ultrasəs diaqnostikası Maqnit rezonans tomoqrafiyası Termal görüntüləmə Müdaxilə (diaqnoz və müalicənin birləşməsi) Rentgenodiaqnostika Anjioqrafiya Kompüter tomoqrafiyası Rentgenoskopiya Rentgenoqrafiya Flouroqrafiya Radioterapiya Neytron tutucu terapiya Braxiterapiya Rentgenoterapiya

İstinadlar

Kateqoriya:Tibbi görüntüləmə