Qaşqaylar — İranın cənub-qərbində, əsasən Fars ostanında ve əlbəttə Çaharmahal ostanı, Kohgiluyə ostanı, Xuzistan ostanı, Buşehr ostanı yaşayan türk xalqlarından biri. Qaşqay dilində danışırlar.
Qaşqa Azərbaycan dilində "alın", çağatay dilində isə "alnı ağ at" mənasını verir. Bir sıra mənbələrə və V. İ. Savinanın müşahidəsinə görə, onlar İrandakı türk boyları içərisində sayca daha çox olub, müxtəlif bölgələrə yayılmışlarВ.И. Савина. Этнонимы в топонимии Ирана. – "Ономастика Востока", M. 1980, səh 154; 50; 55. V. V. Trubetskoy isə qeyd edir ki, qaşqay boylarının bir qismi də kaqali, xazari, quşari, mamali, qamər və sair soylarla birlikdə çoxsaylı bəxtiyar qəbilələrinə qarışmışdırВ. В. Tрубецкой. Бахтияры (расселение, хозяйство, общественные отношения). – "Этнические процессы и состав населения в странах Передней Азии", M. 1963, səh 165. İranda "döyüşkən xalq"Гр. Капанцян. Хайаса – колыбель армян. Этногенез армян и их начальная история. Ереван, 1947 kimi tanınan qaşqaylar son zamanlara qədər tayfa – nəsil bölgüsünü, hərbi demokratiyanın əsas xüsusiyyətini saxlayaraq, əkinçilik və maldarlıqla məşğul olurlar. İndi də qaşqay boy birləşmələrinin başında qəbilə başçılarının seçdiyi ilxan dururСовременный Иран. (Справочник). M. 1957, səh 28.
Etimologiyası Türk dillərində qaşqa, qaşğa, kaşka, kaska variantları ilə işlənən bu sözün "qaynayıb kükrəmək", "ulduz", "nişan", "ay" və "xoşbəxtlik, müqəddəslik" anlamları vardır. Heyvanların alnındakı ağ xala da "qaşqa" deyilir. Qaşqay sözündəki anlamlar bir-biri ilə bağlıdır və qədim inanışla əlaqədar yaranmış məna çalarlarıdır. Alnında ağ xal olan heyvanın doğulması qədim Aralıq dənizi ətrafında yaşayan xalqlarda xoşbəxtlik rəmzi kimi qəbul olunurdu. Həmin nişanənin ulduzla, ayla əlaqələndirilməsi qaşqay sözündə "ay" anlamını möhkəmlətmişdir. Sonrakı dövrlərdə qaşqay sözünün titul mənası da yaranmışdır. V. V. Bartold yazır ki, qırğızların şahı (xanı) yox idi, yalnız bəyləri vardı ki, onu da kaşka adlandırırdılar və həmin kaşka titulunu sonralar kalmıklar da işlədirdilərВ. В.Бартольд, Сочинения, V т. M., 1968, səh 216. Bu sözün oyrot sənədlərində də titul bildirdiyi göstərilirИсследования по Восточной филологии. M. 1974, səh 115. M. Seyidov isə "qaşqay" sözünün yalnız ikinci hissəsinin "ay" anlamı daşıdığını yazırM. Seyidov. Azərbaycan xalqının soykökünü düşünərkən. "Ulduz", № 12, 1985, səh 42.
Tarixi Qədim qaşqaylar Kiçik Asiyada, Qara dənizin güneyində idi. Təpərli döyüşçülər kimi tanınan qaşqaylar Çorox çayının başlanğıcından tutmuş, indiki Ərzincan, Tokat, Gümüşhane, Samsun istiqamətindəki geniş ərazidə hərbi demokratiya quruluşunda yaşayırdılar və əsas məşğuliyətləri də əkinçiliklə maldarlıq idi.Г.Г.Гиоргадзе. К вопросу о локализации и языковой структуре каскских этнических и географических названий. – "Переднеазиатский сборник. Вопросы хеттологии и хурритологии". M. 1961 Həmin qaşqayların hansı dilli xalq olması barədə müxtəlif fikirlər vardır.
E. fon Şuler qaşqayların Kiçik Asiyaya m.ö. II minilin ortasında gəldiyini qeyd edir. Q. Qiorqadze isə qaşqayları Kiçik Asiyanın ən qədim yerli sakinləri hesab edir və onları həmin ərazidə m.ö. III minillikdə yaşamış hettlərlə qohum sayırИстория Древнего Востока. M. 1988, səh 119. Qaşqayları gürcü mənbələrində kaşaq, Bizans mənbələrində kasoqi şəklində verilən çərkəzlərlə, adıq və abxazlarla eyniləşdirən tədqiqatçılar (Q. A. Melikişvili, İ. M. Dyakonov və s.) da vardır.Г.Г.Гиоргадзе. К вопросу о локализации и языковой структуре каскских этнических и географических названий. – "Переднеазиатский сборник. Вопросы хеттологии и хурритологии". M. 1961, səh 200В.Г. Арзинба. "Послесловие о некоторых новых результатах в исследовании истории, языков и культуры древней Анатолии", səh 158 . Qr. Kapansyan isə hər iki qaşqay xalqının (həm qədim, həm də müasir) eyni xalq olduğunu yazır və onları İranda yaşayan qədim kassilərlə əlaqələndirirГр. Капанцян. Хайаса – колыбель армян. Этногенез армян и их начальная история. Ереван, 1947, səh 113. M. Seyidov da hər iki qaşqay etnoniminin eyni xalqa aid olduğunu göstərir və onların türkdilli olduğunu yazır. thumb|320px|right|Qaşqaylarım karvanla köçü Kiçik Asiyanın geniş ərazisində yayılan qaşqaylar müxtəlif tarixi mənbələrdə kaska, kaskey, kaşkay, qaşqay, qaşqa, şəklində xatırlanır. Hett hökmdarı I Xantilinin (e.ə. 1590–1560) vaxtında qaşqaylar Hett dövlətinin bir sıra vilayətini tutmuşduВ.Г. Арзинба. "Послесловие о некоторых новых результатах в исследовании истории, языков и культуры древней Анатолии", səh 157. Sonrakı dövrlərdə isə, məsələn Muvattallinin (e.ə.1306 – 1282) vaxtında qaşqaylar Kanesə (Kayseri) qədər enmişdilərГ.Г.Гиоргадзе. К вопросу о локализации и языковой структуре каскских этнических и географических названий. – "Переднеазиатский сборник. Вопросы хеттологии и хурритологии". M. 1961, səh 196. Hettşünas C. Q . Makkuin göstərir ki, qaşqay dəstələri Halis çayının şimalındakı əraziləri talan etməklə bərabər, bəzən də çayı keçib Kanesə yürüş edir, hettləri şərqlə bağlayan əsas yolu qorxu altında saxlayırdılarДж.Г. Mаккуин. "Хетты и их современники в Mалой Азии". M. 1983, səh 92. Kiçik Asiyada ərdəmli döyüşçü kimi tanınan qaşqaylar Arsav hökmdarlığı ilə müttəfiq idi. Hətta Misir fironu III Amonhotep (e.ə. 1552 – 1524) Arsav hökmdarına göndərdiyi məktubunda öz ordusunda qaşqay döyüşçülərindən istifadə etmək istəyini yazmış və ona qaşqay dəstələri göndərməyi xahiş etmişdirГ.Г.Гиоргадзе. К вопросу о локализации и языковой структуре каскских этнических и географических названий. – "Переднеазиатский сборник. Вопросы хеттологии и хурритологии". M. 1961, səh 194. Nəhayət, bir neçə əsr sonra (e.ə. XIII) qaşqaylar "dəniz xalqları" ilə birlikdə qüdrətli Hett dövlətinə son qoydu. "Dəniz xalqları" Misir mənbələrində iki dəfə e.ə. XIII və XII əsrlərdə xatırlanırВсемирная история (в десяти томах), I–II тт. M. 1966, I t. səh 382.
Assur çarı I Tiqlatpalasar (e.ə. 1115–1077) XII əsrin sonunda Fərat çayının yuxarı axarında qaşqaylarla qarşılaşır. Sonralar Qızılirmaq və Kelkit çaylarının yuxarılarında yaranmış kiçik Qaşqay çarlığı (bəyliyi) m.ö. VIII əsrə qədər davam etdiИстория Древнего Востока. M. 1988, səh 107. Həmin əsrin ortalarından Azov sahillərindən bura qayıdan saqa-qamər boylarının adı il tanınan Qamər ölkəsinə qarışdı.
Qaşqayların qonşuları əsasən hettlər olsa da, onlar Kuman, Az, Toqarma (Toqar//Dügər), Urmu, Subar, Bala və Dumanna (Duman//Tuman) adlı ölkələrlə əhatə olunmuşdu. Belə ki, bəzi tədqiqatçılar xeyli hat – türk uyğunluqları ortaya çıxarmışlar.İ. Məlikov. – Xatt – ümumtürk dil paralelləri Hətta hat dilində elə söz var ki, bu gün də mənasını və formasını dəyişmədən türk dillərində işlənir. Məsələn, qut sözü hər iki dildə "ruh"", "can"" anlamındadır.C. Məmmədov "Qut" sözünün mənşəyinə dair. – "Azərbaycan dilçiliyinin aktual problemləri". "Elm" nəşri, B. 1989 Qaşqayların cənub – şərqində subar, mitan-ərmən, urum, kuman və başqa bölgələr vardı. thumb|200px|left|Qaşqay xalıları Bir çox müəlliflər (İ. M. Dyakonov, Q. A. Melikişvili, Q. Qiorqadze, İ. Əliyev və b.) I Tiqlatpalasarın yazılarında urum və qaşqay boyları ifadəsinin başqa bir variantda urum və abeşla boyları kimi verildiyini irəli sürür və qaşqay = abeşla olduğunu iddia edirlər. Yəni qaşqay (abeşla) ilə kasoq (çərkəz, adıq) boylarını eyniləşdirirlər. Lakin nəzərə almırlar ki, söhbət həmin asur hökmdarının müxtəlif yürüşlərindən gedir. Tiqlatpalasarın ikinci yürüşündə 4 min qaşqay və urum boylarındanАВИИУ – И. M.Дьяконов. Ассиро-Вавилонские источники по истории Урарту. "Вестник Древней Истории", № 10, 3-cü yürüşündə isə adı mətndə oxuna bilmədiyi üçün yeri boş buraxılan bir etnonimdən sonra urum və abeşla boylarının adı çəkilmiş, onların bir neçə ölkə ilə birlikdə 22 min əskərindən söhbət açılmışdırАВИИУ – И. M.Дьяконов. Ассиро-Вавилонские источники по истории Урарту. "Вестник Древней Истории", № 11.
Hett dövləti dağılandan sonra (e.ə. 1200) qaşqay boyları Kiçik Asiyanın cənub – şərqində görünür. Asuriya hökmdarı II Sarqonun yazısında artıq Kaşka ölkəsi Tabal, Xilakku, Muşku ilə yanaşı verilir, bu çarın Madadan Kaşka qədər bac aldığı göstərilir. Qaşqaylar haqqında son məlumatı III Tiqlatpalasarın yazıısnda (m.ö. 728) görürük. Burada qaşqay knyazı Dadimu adlanırАВИИУ – И. M.Дьяконов. Ассиро-Вавилонские источники по истории Урарту. "Вестник Древней Истории", № 2–3, 1951, № 44.
Ümumiyətlə, digər türk dillərində olduğu kimi, qaşqay dilində də -lı şəkilçili şəxs və tayfa adına rast gəlmək olur. Hələ Kültəpə yazılarında (e.ə. XIX əsr) Tulu, Tubtulu, Arkili, Buzili, Sakli şəxs adları verilmişdir. Kiçik Asiyaya gəlib yerli camaatla ticarət edən akkad tacirlərinin yazılarında rast gəldiyimiz həmin adların qayşqaylara aid olduğuna bizdə şübhə yoxdur, çünki bir neçə əsr sonra (m.ö. XVII–XIII əsrlər) hett yazıları qaşqayları dönə-dönə yad edir. Ona görə də akkad ticarət sənədləri olan Kültəpə yazılarında keçən Ata, Tuman, Tarxun, Azu, Uzu, Buzi, Dalaş, Akuza, Takil, Tarşi, Elali, İtur, Kukran, Kura, Panak kimi yüzlərlə şəxs adındakı türk dili modeli qəribə görünməməməkdədir.Клинописные тексты из Кюль-тепе. M. 1968
Akkad tacirləri indiki Boğazköyün şimalında mis ticarəti məntəqəsi olan Turxumit (Tu-ur-hu-mi-it) toponimini tez-tez təkrar edirlərКлинописные тексты из Кюль-тепе. M. 1968, səh 123. Bu yer adının Kappadokiya gil lövhələri yazılarında Turuxmiid, Turxumiid, Turuuxmiid variantları da vardırГ.Г.Гиоргадзе. К вопросу о локализации и языковой структуре каскских этнических и географических названий. – "Переднеазиатский сборник. Вопросы хеттологии и хурритологии". M. 1961, səh 173
Sonrakı hett yazılarında turmitta tayfaları məhz Turxumit məntəqəsi ilə əlaqəsi olan qaşqay boyları içərisində verilir. Y. Qarstanq isə Turmittanı müasir Sivas bölgəsində yerləşdirir, çünki bəzi hett yazılarında Turmitta ilə Samux adı yanaşı çəkilirJ. Garstang. Samuha and Malatia. – JNES, 1. 4, 1942, səh 456–459. Hər iki halda Turxumit qaşqay ərazisində qalır. Bu etnotoponimin kökündə türk elementi aydın görünür. Həmin elementi daha qədim formada yenə də qaşqay toponimlərində görmək olur. Məsələn, Tarkuma, Tarkumitta, Tarukka // Darukka yeradlarında sözün kökü qədim türklərin Tar tanrıadını daşıyır.F. A. Cəlilov. Proto-azərbaycan teonimləri. "Azərbaycan tarixi üzrə qaynaqların öyrənilmə problemləri". ADU nəşri, B. 1988 Bu gün Azərbaycan dilində işlənən doğub-törəmək sözlərinin kökü "doq" və "tar" şəklində qədim türk inanc terminlərindəndir. Dar//Tar adı yuxarıda göstərilən sözlərdə qaldığı kimi, Daq//Taq adı da Taqqasta, Taqapu, Daxa//Taxa, Daxara, Taxatkuz, Taxaruel yeradlarında qalmışdır.
Ön Asiyada asurların cövlan etdiyi dövrdə qaşqayların bir hissəsi də Quzey Qafqaza getmişdir və özləri ilə kaşak, kasoq etnonimini aparmışdır. Lakin bunun çərkəz, adıq, abxaz etnoslarına aid edilməsinə etiraz edənV. İ. Markovin yazırdı: "Действительно, вопрос о продвижении кашков на территорию Западного Кавказа пока еще трудноразрешим. Дело в том, что этот древний народ сближают иногда с касситами, жившими в III тысячелетии на довольно широкой территории в западных областях Мидии. Считается даже, что именно с ними связывали античные авторы название Каспийского моря и его прибрежных жителей – каспиев. Таким образом, вопрос и связи "кашков" с "касогами" (адыгами) не более как гипотеза. Она высказывалась до Л. Н. Соловьева, но и ни у кого из ученых не получила такого "широкого" развития. Культурное влияние кашков-касситов-кашков можно, очевидно, обнаружить с неменьшей долей вероятности в культуре современных азербайджанцев и дагестанцев"