thumb|250px|Korduena krallığının xəritəsi. e.ə. 60-cı il.
Korduena və ya Qorduena (; ; , Korçayk; Kordyini; Kartigini)Efraim Elimelech Urbach, I. Abrahams, The Sages, 1089 pp., Magnes Press, 1979, , p.552 — Orta Şərqdə, Yuxarı Mesopatamiyada, Türkiyə ilə Suriya sərhədləri arasında qədim tarixi region.
1911-ci il Britannika Ensiklopediyasına görə, Korduena Bohtan regionunun (indiki Şırnak ili) qədim adıdır. Region süryani mənbələrində Bet Kardu adlanır və Ermənistan ilə İran arasında, Van gölünün cənubundakı dağlıq ərazidə yerləşən kiçik bir vassal dövləti olduğu qeyd edilir. Korduena krallığının Dəclə çayının qərb sahillərində də torpaqları var idi.
Krallığın yerli əhalisi karduxi olmuşdur. Korduena krallığının əsası Selevkilər imperiyasının süqutundan sonra qoyulmuşdur. Korduena krallığı e.ə. 66-cı ildə Roma Respublikasının vassalına çevrildi və romalılar ilə b.e. 384-cü ilinə müttəfiq qaldı. Karduçilər hürri göy tanrısı olan Teşuba sitayiş edirdilər.
Mənşə Arşak Safrastyana görə, əntiq yunan ədəbiyyatında adları çəkilən midiyalılar və saklar qərəzli şəkildə təsvir edilmişdir. Safrastyan karduxiləri kutilər ilə bərabərləşdirir.
Kürdlər ilə əlaqəsi Corc Roulinson kimi XIX əsr alimləri Korduena krallığını müasir kürdlər ilə əlaqələndirir, onun qədim Kürdüstan olduğunu irəli sürürdülər. Bu nöqteyi-nəzər Korduenanı protokürd və ya müasir Kürdüstanın qədim adı kimi görən yeni akademik mənbələr tərəfindən dəstəklənmişdir. Əlavə olaraq, Kolumbiya Ensiklopediyasında bu iddianın həqiqətə uyğun olduğu qəbul edilmişdir.
T. A. Sinkler bu təyinetmənin həqiqətə uyğun olmadığını bildirmişdir.
Bu adın tarix boyu çoxlu formaları olub. Buna əsas səbəb x səsinin latın dilində təmsil edilməsinin çətin olmasıdır. Karduçoy sözü özü yəqin ki, erməni dilindən alınıb, çünki -çoy şəkilçisi erməni dilindəki -x cəm şəkilçisi ilə bağlantılıdır.
İnanılır ki, karduxilər hansısa bir qədim İran dilində danışırdılar.
İstinadlar
Xarici keçidlər Corduene or Gordyene , Classical Dictionary of Biography, Mythology and Geography. Geography, Strabo, Book XVI, Chapter 1, Section 24. Map of Corduene Map of Gordyene between Assyria and Lake Van Theodor Mommsen History of Rome, The Establishment of the Military Monarchy, Page 53 Decline and Fall of the Roman Empire Roman History, by Cassius Dio, Book XXX The History of the Decline and Fall of the Roman Empire, Vol. 2, Chapter XXIV, Part IV, The Retreat and Death of Julian], by Edward Gibbon. History of Rome, The Establishment of the Military Monarchy, by Theodor Mommsen, page 24. History of the Later Roman Empire, by J. B. Bury, Chapter IV. The Seven Great Monarchies Of The Ancient Eastern World, Vol 7: The Sassanian or New Persian Empire, 1871, by George Rawlinson.
Kateqoriya:Şırnak ili Kateqoriya:Kürdüstan tarixi Kateqoriya:Asiyanın tarixi vilayətləri Kateqoriya:Anadolunun tarixi regionları Kateqoriya:İran tarixi Kateqoriya:Qədim Yaxın Şərq Kateqoriya:Mesopotamiya Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:Ermənistan tarixi Kateqoriya:Ermənistan coğrafiyası