Səfi bəyin evi — Şuşa şəhərində yerləşən XVIII əsrin əvvəllərinə aid tarix-memarlıq abidəsi.
Memarlıq xüsusiyyətləri 250px|thumb|left|Qənbər Qarabaği tərəfindən evdə çəkilmiş divar rəsmi Səfi bəyin zirzəmiyə malik iki mərtəbəli evi plan xüsusiyyətləri baxımından XVIII–XIX əsrlərdə inşa edilmiş Şuşa evlərini təkrarlasa da, ölçüləri baxımından onlardan seçilir. Uzadılmış düzbucaqlı formasına malik evin mərkəzində yanlardan rizalitlərlə əhatələnmiş iki mərtəbəli lodciya yerləşir.
Birinci mərtəbədə xidməti otaqlarla yanaşı rizalitlərdə yerləşdirilmiş iki yaşayış otağı da vardır. Fasadda inşa edilmiş daş pilləkən vasitəsi ilə birinci mərtəbə ilə əlaqələndirilmiş ikinci mərtəbənin mərkəzində böyük qonaq otağı, yanlardakı rizalitlərdə isə iki otaq yerləşir. Otaqların hər ikisi mərkəzi zalla birbaşa əlaqəyə malikdir. Zalın və lodciyanın tavanı, həmçinin qapıların ətrafları zövqlə çəkilmiş freska rəsmləri ilə bəzədilmişdir.
Plan həllinin dəqiqliyi həm də öz əksini fasadların həllində tapmışdır. Planın otaqların yerləşdirilməsini özündə tamamilə əks etdirən fasadlar üç hissəyə bölünmüşdür. Fasadların sadə dekorativ xüsusiyyəti tikilinin lakonik həcm-məkan həllini uğurla tamamlayır. Bu rəsmlər dekorativ boyakarlıq və ornament ustası Qənbər Qarabaği tərəfindən çəkilib.
Həmçinin bax Əsəd bəyin evi Zöhrabbəyovun evi Mehmandarovların evi
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Biz Qarabağa Qayıdırıq — Səfi bəyin evi
Kateqoriya:Qarabağ abidələri Kateqoriya:Şuşa abidələri Kateqoriya:Arran memarlıq məktəbi Kateqoriya:Azərbaycanın tarixi evləri Kateqoriya:Şuşanın görməli yerləri Kateqoriya:Şuşadakı evlər Kateqoriya:XVIII əsrdə tamamlanmış evlər Kateqoriya:Azərbaycanın memarlıq abidələri Kateqoriya:XVIII əsrdə yarananlar Kateqoriya:Şuşadakı dini tikililər Kateqoriya:Şuşadakı yaşayış binaları