Mikoyan-Qureviç MiQ-9 (; NATO kod adı: FargoParsch, Andreas and Aleksey V. Martynov. "Designations of Soviet and Russian Military Aircraft and Missiles." designation-systems.net, 2008. 28 iyul 2019 tarixində götürülüb .), Mikoyan-Qureviç şirkəti tərəfindən istehsal olunan SSRİ mənşəli reaktiv qırıcı hərbi təyyarə növüdür. Təyyarə İkinci dünya müharibəsindən sonra reaktiv təyyarəyə olan ehtiyaclara görə yaradılmış və orta səviyyəli nailiyyətlərə malik olmuşdur. Birinci nəsil reaktiv qırıcı hesab edilən bu təyyarə, silahlarını yüksək hündürlükdə işə salarkən, mühərrikin silah qazlarını udmasına görə mühərrikində daimi yanğınlar çıxırdı. Buna görə təyyarədə çoxsaylı mühərriklər sınaqdan keçirilmiş, ancaq Mikoyan-Gurevich MiG-15 təyyarəsi daha üstün olduğu üçün öz yerini MiQ-15 təyyarələrinə vermişdir. 1946-1948-ci illər arasında 598 ədəd istehsal edilmişdir.

Tekniki xüsusiyyətləri (MiG-9) Ekipaj 1 Uzunluq: 9.75 m Qanad uzunluğu: 10 m Hündürlük: 3.225 m Qanad sahəsi: 18.2 m² Boş çəkisi: 3,283 kg Mühərrik: 2 × RD-20 turbojet Silahlar: 1 ədəd 37  mm-lik N-37 topu 1 ədəd 23  mm-lik NS-23 topu

İstinadlar

Xarici keçidlər

Kateqoriya:MiQ təyyarələri Kateqoriya:Hərbi texnika Kateqoriya:Hərbi təyyarələr Kateqoriya: Rusiya təyyarələri Kateqoriya:SSRİ-nin reaktiv qırıcıları Kateqoriya:İkimühərrikli reaktiv təyyarələr