Piroxroit — mineral.

Haqqında Piroxroit - Mn(OH)2. Mn qismən  Mg, Fe2+ və Zn-lə əvəz olunur. Triqonal. Kristalları lövhəvari, daha az romboedrik və ya prizmatik. Ayrılması {0001} üzrə mükəmməl. Aqreqatı vərəqvari. Rəngi ağ, yaşılımtıl; işıqda qaralır. Parıltısı sədəfi. Sərtliyi 2,5. Xüsusi çəkisi 3,25. Hidrotermal və Mn skarn yataqlarında, qausmanit, rodoxrozit, franklinitlə və başqa assosiasiyalarda.

İstinadlar

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Kateqoriya:Sulfatlar (minerallar) Kateqoriya:Dəmirin mineralları Kateqoriya:Maqneziumun mineralları Kateqoriya:Sinkin mineralları