Yunus Akgün () — Super Liqada Türkiyənin "Qalatasaray" klubunda cinah yarımmüdafiəçisi kimi çıxış edən türk peşəkar futbolçu.

Klub karyerası

Qalatasaray Akgün futbol karyerasına 2011-ci ildə Qalatasaray gənclər akademiyasına qatılaraq başlayıb. O, "Qalatasaray"da peşəkar debütünü 2018-ci il avqustun 5-də Türkiyə Super Kubokunda "Akhisar Bələdiyyəspor"a qarşı keçirilən və penaltilər seriyası nəticəsində 1–1 (5–4) hesabı ilə uduzduğu matçda edib.

Akgün 29 yanvar 2019-cu ildə "Boluspor"la keçirilən Türkiyə Kuboku matçında het-trik edib və 4:1 hesabı ilə qalib gəlib.

Adana Dəmirspor 2020-2021 mövsümünün əvvəlindən etibarən Yunus 2 il ərzində icarə çərçivəsində Adana Dəmirsporda çıxış etdi. Şimşəklərin heyətində 70 oyun keçirən Akgün 16 qol və 20 məhsuldar ötürməyə imza atdı.

Lester Siti Qalatasaraya qayıdandan bir il sonra 2023-cü ildə İngiltərənin Lester Siti komandası Yunusu icarəyə götürdü. O, 29 görüşdə 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qaldı. Mövsüm bitəndən sonra Qalatasaraya geri döndü.

Qalatasaray Kərəm Aktürkoğlunun Portuqaliyanın Benfika və Tetenin Yunanıstanın Panatinaikos klublarına keçidlərindən sonra Yunus Akgün komandanın əsas heyətində özünə yer tapmağa başladı. 2023-2024 mövsümündə bütün turnirlərdə 23 oyuna çıxan Yunus 10 qol və 6 məhsuldar ötürmə ilə komandanın liderlərindən birinə çevrilib.

Beynəlxalq karyerası O, 2017-ci ildə UEFA U-17 Avropa Çempionatında və 2017-ci ildə FIFA U-17 Dünya Kubokunda Türkiyə U-17-ni təmsil edib. 2022-ci ildə Türkiyə yığmasının heyətində debüt edən Yunus bugünə qədər 14 görüşdə iştirak edib və 2 qola imzasını atıb.

İstinadlar

Kateqoriya:Türkiyə U-21 milli futbol komandasının oyunçular Kateqoriya:Türkiyə U-17 milli futbol komandası futbolçuları Kateqoriya:Lester Siti FK futbolçuları Kateqoriya:Qalatasaray PFK futbolçuları Kateqoriya:Legioner Türkiyə futbolçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:UEFA Avro 2024 futbolçuları Kateqoriya:Türkiyə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Türkiyə U-16 milli futbol komandası futbolçuları Kateqoriya:Türkiyə müsəlmanları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları