Xanbaba Tacir oğlu Bayramov — Alim, texnika elmləri doktoru, professor, Azərbaycan Politexnik İnstitutunun İnformatika və kompüter texnikası fakültəsinin dekanı (1989–1995), İnformatika və kompüter texnikası kafedrasının müdiri (1995–2001), əmək veteranı, 2000-ci ildən Lütvi-Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvüdür.

Həyatı və elmi fəaliyyəti Xanbaba Bayramov 1928-ci ildə Qazax qəzasının Kəmərli kəndində anadan olmuşdur. 1947-ci ildə Kəmərli orta məktəbini bitirmişdir. 1949-cu ildə Qazax ikiillik müəllimlər institutunun fizika-riyaziyyat fakültəsini bitirmiş və 1949–1959-cu illərdə Tovuz rayonunun orta məktəblərində müəllim işləmişdir. 1951–1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki Pedaqoji Universitet) bitirərək pedaqoji fəaliyyətini davam etdirmişdir.

1959–1964-cü illərdə Azərbaycan Politexnik İnstitutu nda oxumuş və kompüterlərin sistem və şəbəkələri üzrə mühəndis ixtisasını almışdır.

1965-ci ildən institutun İstehsal proseslərinin avtomatlaşdırılması və hesablama texnikası kafedrasında assistent, 1968–1977-ci illərdə həmin kafedranın baş müəllimi olmuşdur. 1977–1980-ci illərdə Elektron hesablama kafedrasının baş müəllimi, 1980–1990-cı illərdə isə həmin kafedranın dosenti vəzifəsində çalışmışdır.

1975-ci ildə Özbəkistanın Daşkənd şəhərində dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi almışdır.

1990-cı ildən Azərbaycan Politexnik İnstitutunun İnformatika və kompüter texnikası kafedrasının professoru olmuşdur. 1970–1989-cu illərdə Avtomatika və hesablama texnikası fakültəsinin dekan müavini, 1989–1995-ci illərdə isə fakültə dekanı olmuşdur. 1995–2001-ci illərdə İnformatika və kompüter texnikası kafedrasının müdiri vəzifəsində işləmişdir.

Hazırda həmin kafedranın professorudur.

Çoxsaylı elmi məqalələrin, üç dərs vəsaitinin müəllifidir.

Əmək veteranıdır. 2000-ci ildən Lütvi-Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvüdür.

2016-cı ildən təqaüddədir.

İstinadlar

Mənbə Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017. 512 səh.

Kateqoriya:1928-ci ildə doğulanlar Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Texnika elmləri doktorları Kateqoriya:Azərbaycan Texniki Universitetinin professorları Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan alimləri