UEFA Çempionlar Liqası 2019/2020 – UEFA tərəfindən təşkil olunmuş Avropanın aparıcı klub futbol turnirinin 65-ci mövsümü və turnirin adı "Çempion Klublar Kuboku" ilə "UEFA Çempionlar Liqası" dəyişdirilməsindən sonra 28-ci mövsümüdür.
Final matçı Lissabonda yerləşən Eştadio da Luş stadionunda, "Bayern Münhen" və "Paris Seyn Jermen" arasında keçirildi. Rəqibinə 0–1 hesabı ilə qalib gələn Münhen təmsilçisi 2019–20 UEFA Avropa Liqası qalibi "Sevilya" klubu ilə 2020 UEFA Super Kuboku çərçivəsində matç oynama hüququ qazandı. "Bavariya" kuboku əldə etməsə belə 2020–21-ci il mövsümü Çempionlar Liqasında iştirakını təmin etmişdi. Buna görə UÇL-də həmin rezerv olunmuş yeri Niderland çempionu "Ayaks" tutur.
Turnirdə video köməkçi hakim play-off turundan etibarən istifadə edilir.
Ötən mövsümün finalistləri olan Liverpul və Tottenhem Hotspur bu mövsüm 1/8 Finalda müvafiq olaraq RB Leypsiq və Atletiko Madrid klubları tərəfindən mübarizədən kənarlaşdırıldılar.
Koronavirus pandemiyasının təhlükəsi nəzərə alınaraq turnirin matçları 1/8 Final mərhələsində təxirə salınmışdır. 30 may 2020-ci ildə İstanbulda, Atatürk Olimpiya Stadionunda keçirilməli olan final matçı 23 martda UEFA tərəfindən təxirə salındı.
17 iyunda UEFA 1/4 Final, yarımfinal və final matçlarının 2020-ci ilin avqustunda Portuqaliyada keçiriləcəyini ictimaiyyətə açıqladı. Bütün matçlar tək ayaqlı oynanıldı. İstanbul isə 2021-ci ildə turnirin finalına ev sahibliyi edə biləcək.
"Bayern Münhen" kuboku başı üzərinə qaldırmaqla bərabər bir neçə önəmli nailiyyət əldə etdi. İlk növbədə, klub bu mövsüm həm Almaniya kuboku, həm Bundesliqa, həm də UÇL çempionu olmaqla ikinci dəfə qızıl het-trik etdi. Bununla yanaşı, Münhen təmsilçisi turnirdəki bütün oyunlarını qələbə ilə başa vuraraq 100 %-lik nəticə əldə edərək turnir tarixində bir ilkə imza atdı.
COVID-19 pandemiyasının turnirə təsiri 1/8 Final mərhələsinin matçları fevral və martın iki həftəsi olmaqla dörd həftədə keçirilməli idi. İlk matçlar rahat şəkildə reqlamentə uyğun oynanılsa da, ikinci matçlar haqqında təəssüf ki, eyni sözü deyə bilmirik. Belə ki, ikinci matçların ilk 4-ü tamaşaçasız da olsa oynana bildi. Digər 4 matç, daha dəqiq desək, "Mançester Siti", "Bayern Münhen", "Yuventus" və "Barselona"nın ev sahibliyi edəcəyi matçlar 15 martda UEFA tərəfindən qeyri-müəyyən tarixə təxirə salındı. Mövsümün qalan hissəsini yenidən planlaşdırmaq üçün bir işçi heyəti çağırıldı. 30 may 2020-ci ildə İstanbulda, Atatürk Olimpiya Stadionunda keçirilməli olan final matçı 23 martda UEFA tərəfindən təxirə salındı. İstanbul 2021-ci ildəki finala ev sahibliyi edə biləcək.
17 iyunda Çempionlar Liqası turnirə qaldığı yerdən 7 avqustdan başlanılacağını açıqladı. 1/4 Final mərhələsindən etibarən bütün matçlar Portuqaliyada tək ayaqlı, mini turnir şəklində oynanmalıdır. Bütün matçlar pandemiya ucbatından tamaşaçasız keçiriləcək.
Məkanlar
Lisbon Lissabon Eştadio da Luş(Finalın baş tutduğu stadion) Joze Alvalade Stadionu Tutumu: 64642 Tutumu: 50095 frameless|upright=1 frameless|upright=1
Qatılacaq klubların müəyyənləşməsi 2019–20 UEFA Çempionlar Liqasında UEFA-ya üzv olan 54 ölkə federasiyasından 79 komanda mübarizə aparır. (Lixtenşteyn Futbol Federasiyasının yerli futbol liqası olmadığı üçün bu turnirə qatıla bilməyəcək.) Ölkələrin sırası UEFA Ölkə Reytinqinə əsasən müəyyən edilir. Reytinqə əsasən: 1-dən 4-cü sıraya qədər olan ölkələrdən dörd klub. 5 və 6-cı sıralardakı ölkələrdən üç klub. 7-dən 15-ci sıraya qədər olan ölkələrdən iki komanda. 16-dan 55-ci sıraya qədər ölkələrdən bir klub (Lixtenşteyn xaric). Öz liqalarında ÇL-də oynamağa haqq qazanmadılarsa, ötən mövsümün UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası çempionu.
Ölkə sıralaması Ölkələrin toplam xalları 2013–14 və 2017–18-ci il mövsümlərində Avropa Kuboklarında mübarizə aparmış ölkə komandalarının toplam xallarıdır. +2019–20 UEFA Çempionlar Liqası üçün assosiasiyaların reytinqiSıraAssosiasiyaXalKomanda1 İspaniya106.99842 İngiltərə79.6053 İtaliya76.2494 Almaniya71.4275 Fransa56.41536 Rusiya53.3827 Portuqaliya47.24828 Ukrayna41.1339 Belçika38.50010 Türkiyə35.80011 Avstriya32.85012 İsveçrə30.20013 Çexiya30.17514 Niderland29.74915 Yunanıstan28.60016 Xorvatiya26.000117 Danimarka25.95018 İsrail21.75019 Kipr21.550SıraAssosiasiyaXalKomanda20 Rumıniya20.450121 Polşa20.12522 İsveç19.97523 Azərbaycan19.12524 Bolqarıstan19.12525 Serbiya18.75026 Şotlandiya18.62527 Belarus18.62528 Qazaxıstan18.12529 Norveç17.42530 Sloveniya14.50031 Lixtenşteyn13.000032 Slovakiya12.125133 Moldova10.00034 Albaniya8.50035 İslandiya8.25036 Macarıstan8.12537 Şimali Makedoniya6.625SıraAssosiasiyaXalKomanda38 Finlandiya6.900139 İrlandiya6.70040 Bosniya və Herseqovina6.62541 Latviya5.62542 Estoniya5.50043 Litva5.37544 Monteneqro5.00045 Gürcüstan5.00046 Ermənistan4.87547 Malta4.50048 Lüksemburq4.37549 Şimali İrlandiya4.25050 Uels3.87551 Farer adaları3.75052 Cəbəllütariq3.00053 Andorra1.33154 San-Marino0.49955 Kosovo0.000
Klubların bölgüsü Aşağıdakı cədvələ əsasən klublar mübarizəyə başlayırlar. Bu turda mübarizəyə başlayacaq klubların sayıBir öncəki turdan gələn klubların sayıİlkin mərhələ(4 komanda tək matçlı 2 yarı final və 1 final oynayır) 52–55-ci sıralarda yerləşən 4 ölkənin çempionuBirinci təsnifat mərhələsi(32 klub) 20–51-ci sıralarda yerləşən 31 ölkənin çempionu (Lixtenşteyn xaric) İlkin mərhələdən gələn 1 klubİkinci təsnifat mərhələsiÇempionlar(20 klub) 16–19-cu sıralarda yerləşən 4 ölkənin çempionu Birinci təsnifat mərhələsindən gələn 16 klubÇempion olmayan(4 klub) 12–15-ci sıralarda yerləşən 4 ölkənin ikincisiÜçüncü təsnifat mərhələsiÇempionlar(12 klub) 14–15-ci sıralarda yerləşən 2 ölkənin çempionu İkinci təsnifat mərhələsindən gələn 10 klubÇempion olmayan(8 klub) 7–11-ci sıralarda yerləşən 5 ölkənin ikincisi 6-cı sırada yerləşən ölkənin üçüncüsü İkinci təsnifat mərhələsindən gələn 2 klubPlay-off turuÇempionlar(8 klub) 12–13-cü sıralarda yerləşən 2 ölkənin çempionu Üçüncü təsnifat mərhələsindən gələn 6 çempion klubÇempion olmayan(4 klub) Üçüncü təsnifat mərhələsindən gələn 4 çempion olmayan klubQrup mərhələsi(32 klub) 1–11-ci sıralarda yerləşən 11 ölkənin çempionu 1–6-cı sıralarda yerləşən 6 ölkənin ikincisi 1–5-ci sıralarda yerləşən 5 ölkənin üçüncüsü 1–4-cü sıralarda yerləşən 4 ölkənin dördüncüsü Play-off turundan gələn 4 çempion klub Play-off turundan gələn 2 çempion olmayan klub1/8 Finala çıxanlar(16 klub) Qruplarında ilk sıranı tutan 8 klub Qruplarında ikinci sıranı tutan 8 klub
Komandalar Cədvəldə hər komandanın mübarizəyə başladığı mərhələ göstərilmişdir. Komandaların olduqları liqadakı tutduqları yerlər mötərizə içərisində verilmişdir.
+2019–20 UEFA Çempionlar Liqasında iştirak edən klublarQrup mərhələsi LiverpulÇL-Ç Tottenhem Hotspur RB Leypsiq Benfika ÇelsiAL-Ç Yuventus Bayer Leverkuzen Şaxtyor Donetsk Barselona Napoli Paris Seyn-Jermen Genk Atletiko Madrid Atalanta Lill Qalatasaray Real Madrid İnter Olimpik Lyon Red Bull Salzburq Valensiya Bayern Münhen Zenit Mançester Siti Borussiya Dortmund Lokomotiv Moskva +Play-off turuÇempionlarÇempion olmayanlar Yanq Boys Slaviya Praqa +Üçüncü təsnifat mərhələsiÇempionlarÇempion olmayanlar Ayaks PAOK Krasnodar Brügge Porto İstanbul Başakşehir Dinamo Kiyev LASK Linz +İkinci təsnifat mərhələsiÇempionlarÇempion olmayanlar Dinamo Zaqreb Makkabi Tel-Əviv Bazel PSV Eyndhoven Kopenhagen APOEL Viktoriya Plzen Olimpiakos +Birinci təsnifat mərhələsi ÇFR Kluj Astana Şkendiya Saburtalo Tbilisi Piast Rosenborq HJK Ararat-Armeniya AİK Maribor Dandolk Valletta Qarabağ Slovan Bratislava Sarayevo F91 Düdelanj Ludoqorets Razqrad Şerif Tiraspol Riqa Linfild Srvena Zvezda Partizani Tirana Nomme Kalyu Nyu Seynts Seltik Valur Süduva Maryampol HB Torshavn BATE Borisov Ferençvaroş Sutyeska Nikşiç +İlkin mərhələ Linkoln Santa Koloma Tre Penne Feronikeli
Turnirin təqvimi Oyunların tarixləri aşağıdakı kimidir. (Qrup mərhələsi istisna olmaqla, bütün mərhələlərin püşkatma mərasimləri İsveçrənin Nyon şəhərində keçirilir.) +2019–20 UEFA Çempionlar Liqasının təqvimiMərhələTurPüşk tarixiBirinci oyunİkinci oyunTəsnifat mərhələləriİlkin mərhələ11 iyun 201925 iyun 2019 (yarı final turu)28 iyun 2019 (final matçı)Birinci təsnifat mərhələsi18 iyun 20199–10 iyul 201916–17 iyul 2019İkinci təsnifat mərhələsi19 iyun 201923–24 iyul 201930–31 iyul 2019Üçüncü təsnifat mərhələsi22 iyul 20196–7 avqust 201913 avqust 2019Play-offPlay-off turu5 avqust 201920–21 avqust 201927–28 avqust 2019Qrup mərhələsi1. oyunlar29 avqust 2019(Monako)17–18 sentyabr 20192. oyunlar1–2 oktyabr 20193. oyunlar22–23 oktyabr 20194. oyunlar5–6 noyabr 20195. oyunlar26–27 noyabr 20196. oyunlar10–11 dekabr 2019Finala doğru gedilən mərhələlər1/8 Final16 dekabr 201918–19 & 25–26 fevral 202010–11 & 17–18 mart 20201/4 Final10 iyul 202012–15 avqust 2020Yarı Finallar18–19 avqust 2020Final23 avqust 2020, Eştadio da Luş, Lissabon
İlkin mərhələ Bu mərhələnin püşkü 11 iyun 2019-cu ildə atıldı. Yarı final matçları 25 iyunda, final matçları isə 28 iyun 2019 tarixində oynanıldı. İki mərhələnin də matçları Kosovonun paytaxtı Priştinadakı Fadil Vokri Stadionunda oynanıldı. İlkin mərhələnin qalibi olan Feronikeli növbəti mərhələyə – birinci təsnifat mərhələsinə yüksəldi. Uduzanlar isə Avroliqanın ikinci təsnifat mərhələsində mübarizə aparacaqlar.
|+Yarı final mərhələsi
|+Final matçı
Təsnifat mərhələləri
Birinci təsnfiat mərhələsi Birinci təsnifat mərhələsinin püşkü 18 iyun 2019-cu ildə atıldı. Mərhələnin birinci matçları 9–10 iyulda, ikinci matçları 16–17 iyulda oynanıldı. Bu mərhələdə mübarizəni dayandıran klublar Avroliqanın ikinci təsnifat mərhələsində mübarizə aparacaqlar. (Sarayevo – Seltik cütü istisnadır. Çünki əlavə püşkün nəticəsində bu cütün məğlubunun Avroliqanın üçüncü təsnifat mərhələsində mübarizə aparacağı bəlli olmuşdur.)
İkinci təsnifat mərhələsi İkinci təsnifat mərhələsində klublar iki yerə bölünür: Çempionlar və çempion olmayanlar. Bu mərhələnin püşkü 19 iyun 2019-cu ildə atıldı. Mərhələnin birinci matçları 23–24 iyulda, ikinci matçları 30–31 iyulda oynanıldı. Bu mərhələdə mübarizəni dayandıranlar Avroliqanın üçüncü təsnifat mərhələsində apardılar.
|+Çempionlar
|+Qeyri-çempionlar
Üçüncü təsnifat mərhələsi Bir öncəki mərhələdə olduğu kimi bu mərhələdə də klublar iki yerə bölünür: çempionlar və çempion olmayanlar. Bu mərhələnin püşkü 22 iyul 2019-cu ildə atıldı. İlk matçlar 6 və 7 avqust, ikinci matçlar isə 13 avqustda oynandı. Bu mərhələdə mübarizəni dayandıran çempion klublar Avroliqanın play-off turunda mübarizə apardılar. Çempion olmayan klublar isə Avroliqanın qrup mərhələsində iştirak etmək hüququnu əldə etdilər.
|+Çempionlar
|+Qeyri-çempionlar
Play-off turu Play-off turunda da bundan öncəki iki təsnifat mərhələsində olduğu kimi komandalar iki yerə bölünür: çempionlar və çempion olmayanlar. Bu mərhələdən etibarən turnirdə video köməkçi hakim (VAR) texnologiyasından istifadə olunur.
Play-off turunun püşkü 5 avqust 2019-cu ildə atıldı. İlk matçlar 20 və 21 avqustda, ikinci matçlar 27 və 28 avqustda oynanacaq.
Klubların sinifləndirilməsi ÇempionlarQeyri-çempionlarSəpələnmişlərSəpələnməmişlərSəpələnmişlərSəpələnməmişlər
Oyunlar
|+Çempionlar
|+Qeyri-çempionlar
Qrup mərhələsi
Qrup mərhələsinin püşkü 29 avqust 2019-cu ildə Monakodakı Qrimaldi Forumda atıldı. 32 klub hərəsində dördü olmaqla səkkiz qrupa ayrılır. (Eyni ölkədən klubların düşməməsi şərti ilə) Püşkatma üçün klublar aşağıdakı kriteriyalara əsasən dörd səbətdə olurlar: 1-ci səbətdə ötən mövsümün Çempionlar Liqası, Avropa Liqası qalibləri və 2018-ci ilin Ölkə Reytinqinə əsasən ilk 6 federasiyanın çempionları iştirak edir. (Əgər ötən mövsümün Çempionlar Liqası və yaxud Avropa Liqası qalibi həm də öz liqasında çempion olubsa, o zaman bu torbada 7-ci sırada olan federasiyanın da çempionu iştirak edir.) 2, 3 və 4-cü səbətlərdə klublar 2019-cu il UEFA Klub Reytinqinə görə düzülürlər.