Çalpala — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. İğdır şəhərindən 12 km uzaqlıqdadır. İqlimi kontinentaldır.
Tarixi Əvvəlki adı Kiti olmuşdur. 1992-ci ildə Çalpala olaraq dəyişdirilmişdir.
Əhalisi Kənd əhalisi azərbaycan türklərindən ibarətdir. Qohumluq əlaqələri olduqca güclüdür. Əhali öz adət-ənənlərinə sıx bağlılığı ilə seçilirlər. İllərə görə kənd əhalisi 2019 330 2018 388 2017 404 2016 404 2015 372 2014 355 2013 380 2012 337 2011 346 2010 321 2009 265 2008 258 2007 289 2000 444 1990 405 1985 592 1980 391 1975 325 1970 323 1965 264 1960 253 1955 253 1950 137 1945 129 1940 116 1935 153 1886 144
Coğrafiyası İğdır mərkəzindən 29 km, İrəvandan 47 km uzaqlıqdadır. Kəndin şərqində Bayraktutan, cənubunda Küllük kəndi, şimalında isə Ermənistan yerləşir. Kənd dəniz səviyəsindən 894 metr yüksəklikdədir.
Təsərrüfat Kənd iqtisadiyyatının əsasını əkinçilik və heyvandarlıq təşkil edir.
İnfrastruktur Kənddə ibtidai məktəb, içməli su şəbəkəsi, kanalizasiya vardır. Ancaq sağlamlıq ocağı yoxdur. Kəndə gedən yol asfaltlaşdırılmışdır. Elektrik və telefon xətləri vardır. Kənddə Kiti Su elektrik stansiyası fəaliyyət göstərir. Stansiyanın 1961-ci ildə inşasına başlanılmış və 1966-cı ildə isə istifadəyə verilmişdir.
İstinadlar
Mənbə Yerelnet İğdır xəbər Kəndin Koordinatları
Kateqoriya:İğdır ilçəsinin bəldə və kəndləri