Bellona – Qədim Roma mifologiyasına görə müharibə və yeraltı dünya ilahəsi.
Bellona sözünün mənası (bellum və ya duellum) müharibə deməkdir. Digər əfsanəyə görə Marsın anasıdır. Şəkillərdə uzun ətəkli donda, bir əlində qılınc, digər əlində məşəl təsəvvür olunur.
E.ə. 458-ci ildə Romada Bellonanın şərəfinə məbəd inşa edilmişdir.
Çox zaman Bellona Yunan mifologiyasındakı Enio ilahəsi ilə eyniləşdirilir.
İstinadlar
Xarici keçidlər Tanrılar (Rus dilində)
Kateqoriya:Roma ilahələri Kateqoriya:Mifologiyada tanrılar Kateqoriya:Döyüş ilahələri