Ağabacı İsmayıl qızı Rzayeva () — Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960).
Həyatı Ağabacı Rzayeva 15 dekabr 1912-ci ildə Bakıda anadan olmuşdur. 1929-cu ildə Bakı Pedoqoji Texnikumunu bitirmiş, bir neçə il Saray, Kürdəxanı və Maştağada müəllimlik etmişdir.
Ağabacı xanım not çalğısı üzrə bəstəkar Səid Rüstəmovdan, muğam üzrə isə Mirzə Mənsur Mənsurovdan dərs alıb. Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinifində təhsil almışdır. Musiqi-nəzəri fənlərdən isə ona Ü. Hacıbəyov, Əfrasiyab Bədəlbəyli və Cövdət Hacıyev dərs deyib. Bir il sonra o, Üzeyir Hacıbəyovun yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunur, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edir. 1935–1944-cü illərdə Rzayeva Azərbaycan xalq çalğı alətləri orkestrində tarzən kimi fəaliyyət göstərib. O, həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın-bəstəkardır.
Rzayevanın ilk əhəmiyyətli musiqi əsəri 1941-ci ildə xalq çalğı alətləri orkestri üçün yazılmış "Vətənpərvərlik Marşı" idi.O, həmçinin bir sıra mahnı və romansların, "Mübahisə etmə" musiqili komediyasının (1965, İ.Quliyevlə birlikdə), xalq çalğı alətləri orkestrinin simli kvarteti üçün pyeslərin müəllifidir. Bundan əlavə, Rzayeva dahi şair Nəsiminin sözlərinə yeddi romans bəstələmişdir. Onun tərəfindən yazılan mahnıların (60-dan çox) əksəriyyəti uşaqlara həsr olunmuşdur ("Kukla", "Qaranquş", "Mənim ağ göyərçinim", "Sabahkı günün ustaları", "Kiçik kapitan", "Mən qərənfiləm" və s.).
O, 1950, 1953, 1955-ci illərdə Bakı Sovetinə deputat seçilmiş, 1963-cü ildə isə Ali Sovetin deputatı olmuşdur.
5 iyul 1975-ci ildə Bakıda vəfat etmiş bəstəkar İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Mükafatları Azərbaycan SSR əməkdar incəsənət xadimi — 1960 "Qırmızı əmək bayrağı" ordeni (2 dəfə); "Şərəf nişanı" ordeni — 1972.
Mahnıları
Ad günü — Sözləri: Tofiq Mütəllibov Bağçamız — Sözləri: Cahangir Məmmədov Balaca kapitan- Sözləri: Cahangir Məmmədov Bizim Bakı metrosu — Sözləri: Hikmət Ziya Bizim gəmi — Sözləri: Cahangir Məmmədov Buzov — Sözləri: Cahangir Məmmədov Dostluq qatarı — Sözləri: Cahangir Məmmədov Gəl, gəl, a yaz günləri — sözləri: Mirzə Ələkbər Sabir İynə — Sözləri: Tofiq Mütəllibov Kukla — sözləri: Cahangir Məmmədov Qırmızı şar — sözləri: Cahangir Məmmədov Mişar — Sözləri: Cahangir Məmmədov Naxır gəlir — Sözləri: Cahangir Məmmədov Qış mahnısı — Sözləri: Cahangir Məmmədov Sarı limon — Sözləri: Tofiq Mütəllibov Sənət məktəbi — Sözləri: Tofiq Mütəllibov Sülh ordusu — Sözləri: Cahangir Məmmədov Sürücü — Sözləri: Cahangir Məmmədov Şən yolka — Sözləri: Tofiq Mütəllibov Təyyarə — Sözləri: Tofiq Mütəllibov Vətənimiz — Sözləri: Hikmət Ziya Xoş gəlmisən, təzə il — Sözləri: Hikmət Ziya Afəti cansan mənə (romans, M. Füzuli) Ağ göyərçinim
Ay nəğməsi Ay yaxası güllü qız Bahar oldu (romans, Nəsimi) Balaca sürücü Çoban qara Dəcəl buzovum Dilbərim Durna qatarlı qızlar Dünyanın gözəlliyi Evimizə gəlin gəlir — söz müəllifi: Mirvarid Dilbazi Eşqin adı Ey pəri Eyvandan baxan qız Əsiriyəm bir dilbərin (romans, M. F. Axundov) Fərəhli Bakımız Gəl, Nigarım! (romans, Nəsimi) Gənc maşinistlər Gözlərin Gözləyir bizi Gözləyirəm, sevgilim!.. Gül açıldı (romans, Nəsimi) Kəklik Kimi gözləyirsən? Könlüm (romans, N. Gəncəvi)
Qarabuğdayı qız Qaranquş Qərənfiləm mən Qızıl ulduzlu oğlan Lənkəran bağlarında Mil düzündə (söz: İ. Səfərli) Muğan qızı Neftçi Qurban Nə lazım (romans, N. Gəncəvi) Pambıq ustası (söz: M. Dilbazi) Partizan oğlu Pioner mahnısı Sabahın ustaları Sevgilim əsgər gedir Sənin xatirən (romans, H. Abbaszadə) Sən olacaqsan Sülh mahnısı Tacik qızı Telli sazım Təzə arzu, təzə il Ulduzlardan ulduzlara Zülfü pərişan olmasın (romans, M. Ə. Sabir)
İstinadlar
Mənbə Üzeyir Hacıbəyov Ensiklopediyası. Bakı,2007. səh.181. Babayeva, H. Nəğmələrdə yaşayan ömur- Ağabacı Rzayeva – 100: //525-ci qəzet.- 2012.- 26 dekabr.- S. 5. Əsgərova, Z. Nəğmələrdə "gəlin" köçən arzular: [görkəmli bəstəkar haqqında] //Mədəniyyət.- 2012.- 14 dekabr.- S. 10; Kaspi.- 2012.- 6 dekabr.- S.12. Xəlilzadə, F. Sənət xəzinəmizin bəzəyi //Azərbaycan.- 2012.- 13 dekabr.- S.7. Osmanova, A. Azərbaycanın ilk qadın bəstəkarının 100 illik yubileyi qeyd olundu //Mərkəz.- 2012.- 13 dekabr.- S.14. Təranə. Böyük sənətkarlara ən böyük qiyməti zaman verir: [R.Behbudov adına Dövlət Mahnı Teatrında görkəmli bəstəkarın yubileyinə həsr edilmiş tədbir keçirildi] //Mədəniyyət. — 2012.- 12 dekabr.- S. 7. Vahid, T. "Biz səni heç vaxt unutmayacağıq" //Mədəniyyət.- 2012.- 7 dekabr.- S. 12.
Xarici keçidlər
Həmçinin bax Azərbaycan musiqisi
Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:Azərbaycanın qadın musiqiçiləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:SSRİ bəstəkarları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:Azərbaycan SSR əməkdar incəsənət xadimləri Kateqoriya:Azərbaycanda qadın ilkləri