Seyfulla Səttar oğlu Əzimov () — polis general-leytenantı, Daxili işlər nazirinin birinci müavini, Milli koordinator.
Həyatı Seyfulla Əzimov 1970-ci ildə anadan olmuşdur. Daxili İşlər Nazirliyinin Azərbaycan Polis Akademiyasını bitirib.
Fəaliyyəti Nəsimi Rayon 22-ci Polis Bölməsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəis müavini, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləmişdir.
2014-cü ilin noyabrın 4-dən DİN-in ən mühüm baş idarələrindən birinin – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsini tutmuşdur.
Seyfulla Əzimov 5 iyul 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
İstinadlar
Kateqoriya:Azərbaycan Respublikasının daxili işlər nazirlərinin müavinləri Kateqoriya:Azərbaycan DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisləri Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar