Qantiadi kilsəsi (, Qantiadis eklesiya) — Gürcüstan Respublikası əraziləri daxilində de-fakto müstəqil olan Abxaziya Respublikasının Qaqra rayonunun Qantiadi şəhər tipli qəsəbəsində VI əsrə aid gürcü ortodoks kilsəsi. Kilsə VIIIX əsrlərdə tez-tez sökülmüş və yenidən tikilmişdir. Kilsə 1576-cı ildə Osmanlı imperiyasının regionu işğal etməsi zamanı qismən dağıdılmışdır. Bu, Abxaziya və Gürcüstandakı ən qədim kilsələrdən biridir. Mövcud abidənin sadəcə basilika hissəsi bu günə kimi qalmışdır.
Kilsə üç naflı bir basilikadır. Ortamiqyaslı əhəngdaşlarıyla tikilmiş bu kilsənin üç apsidası var.
Tarixi Mütəxəssislər iddia edilər ki, kilsə Bizans imperatoru I Yustinianın buyruğuyla xristianlığı qəbul edən abaza və abxaz tayfaları üçün inşa edilmişdir. Bazilikanın xarabalıqlarında üzərində yunan unisial yazıları olan başdaşının bir fraqmenti tapılmışdır. Ehtimal olunur ki, bu yazılar Abxaziyanın klerikal və ya dünyəvi bir əyanının başdaşına aiddir. Dəfn edilən şəxsin adı itmişdir. Yazılar VI əsrə təsadüf edir.
XX əsrin əvvəllərində knyaz Olderburqlu Petroviç çalışır ki, kilsədə bərpa işləri aparsın. Kilsədə qazıntı işləri sovet dövründə aparılmışdır.
Ədəbiyyat
Kateqoriya:Gürcü pravoslav kilsələri Kateqoriya:Gürcüstan arxeologiyası Kateqoriya:Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəni Abidələri Kateqoriya:IV əsrə aid kilsələr