Əhəmiyyətli hadisələr 1600-cü ildən əvvəl

1601–1900 1783 — Montqolfier qardaşları hidrogen qazı ilə doldurulmuş ilk şarı uçurdular. 1859 — ABŞ-nin Pensilvaniya ştatında dünyada ilk neft quyusu qazılıb. 1892 — Nyu-Yorkun Metropolitan opera binası yandı.

1901–cari 1922 — Türkiyə İstiqlaliyyət Müharibəsi: Türk Ordusu Yunanıstanın işğalı altında olan Afyon Türklərin qəyyumluğuna keçir. 1927 — Mustafa Kamal Paşaya sui-qəsd etmək üçün Samosdan Anadoluya gedən Quşçubaşı Əşrəfin qardaşı Quşçubaşı Hacı Sami bəy öldürüldü, dostları yaralandı. 1928 — Parisdə 15 ölkənin iştirakı ilə Kelloq-Briand paktı imzalanıb. 1945 — Varisləri Sultan II. Əbdülhəmidin miras iddiasını qazanır. (II. Əbdülhəmidin mirası da 400 milyon dollar idi.) 1947 — Əlcəzair Fransadan müstəqillik əldə etməyə çalışıb. 1985 — Nigeriyanın hərbi hökuməti digər bir ordu zabitləri qrupu tərəfindən devrilib. 1991 — Moldova SSRİ-dən ayrılaraq müstəqilliyini elan edib. 2003 — Mars 34.646.418 mil (55.758.005 km) məsafəni keçərək, təxminən 60.000 ildə Yerə ən yaxın yaxınlaşmasını edib.

Azərbaycana aid hadisələr 1992 — Azərbaycan və Qvineya-Bisau arasında diplomatik əlaqələr qurulmuşdur.

Doğumlar 1600-cü ildən əvvəl

1601–1900 1770 — Georq Vilhelm Fridrix Hegel, Almaniya filosofu və klassik Alman fəlsəfəsinin nümayəndəsi 1809 — Hannibal Hamlin, ABŞ siyasətçisi və ABŞ-nin 15-ci vitse-prezidenti 1858 — Cüzeppe Peano, İtaliya riyaziyyatçısı 1865 — Çarlz Daues, ABŞ siyasətçisi və 30-cu vitse-prezident 1867 — İsmayıl xan Ziyadxanov, Azərbaycan siyasətçisi, hüquqşünas və diplomat 1871 — Teodor Drayzer, ABŞ yazıçısı 1884 — Vensan Oriol, Fransa Respublikasının 16-cı prezidenti

1901–cari thumb|Sezariya Evora

1904 — Vladimir Makoqonov, Azərbaycan şahmatçısı 1908 — Lindon Conson, ABŞ prezidenti 1916 — Halet Çambel, Türkiyə arxeoloqu və qılıncoynadanı 1921 — Seyfəddin Dağlı, Azərbaycan yazıçısı 1928 — Nadir Zeynalov, Azərbaycan rəssamı 1941 — Sezariya Evora, Kabo-Verde müğənnisi 1942 — Vasim Məmmədəliyev, Azərbaycan şərqşünası 1950 — Çarlz Fleyşer, ABŞ aktyoru və komediyaçısı 1953 — Peter Stormare, İsveç aktyoru 1958 — Sergey Krikalyov, Sovet və rus kosmonavtı 1959 Gerhard Berger, Avstriya formula 1 pilotu Piter Mensa, Qana əsilli ingilis aktyor 1979 — Aaron Pol, ABŞ aktyoru 1982 — Bərgüzar Korəl, Türkiyə aktrisası 1983 — Camala, Ukrayna müğənnisi 1984 — Vitali Rəhimov, Azərbaycan güləşçisi 1986 — Sebastian Kurts, Avstriya kansleri 1989 — Çağan Atakan Arslan, Türkiyə TV serial aktyoru və kikboksçu 1992 — Kim Petras, Almaniya müğənnisi 1995  Xaqani Əsgərov, Azərbaycan kiçik çavuşu Sergey Sirotkin, Rusiya avtoyarışçısı 1999 — Aqil Mirzəliyev, Azərbaycan əsgəri 2001 — Şəmsi Cəfərov, Azərbaycan əsgəri

Ölümlər 1600-cü ildən əvvəl 1576 — Tisian Veçellio, İtaliya boyakarı

1601–1900 1635 — Lope de Veqa, İspaniya dramaturqu və şairi 1664 — Fransisko de Surbaran, İspaniya boyakarı 1758 — Portuqaliyalı Barbara, Portuqaliya infantası

1901–cari thumb|Le Korbuzye

1956 — Əvəz Sadıq, Azərbaycan nasiri 1964 — Fariz Səfərov, Azərbaycan mayoru 1965 — Le Korbuzye, Fransa və İsveçrə memarı 1975 — Hayle Selassi, Efiopiya imperatoru 1981 — Valeri Xarlamov, Rusiya buzüstü hokkey oyunçusu 1992 — Şövqiyar Abdullayev, Azərbaycan əsgəri, Azərbaycanın Milli Qəhrəmanı 1998 — Tofiq Tağızadə, Azərbaycan kinorejissoru 2009 — Sergey Mixalkov, Rusiya yazıçısı və şairi 2020 — Fərid Xayrulin, Azərbaycan fotojurnalisti

Bayramlar və xüsusi günlər Moldova — Müstəqillik Günü

İstinadlar

*0827