Kevin De Bröyne (, , ) — Premyer Liqa klublarından Mançester Siti və Belçika milli futbol komandasında yarımmüdafiəçi mövqeyində çıxış edən belçikalı professional futbolçudur. Qeyri-adi ötürmələri, mükəmməl zərbə qabiliyyəti və driblinqi ilə tanınan Kevin dünyanın ən yaxşı oyunçulardan biri hesab olunur və tez-tez "tam futbolçu" kimi təsvir olunur.
Kevin peşəkar karyerasına 2010-2011 mövsümündə Belçika Jupiler Pro Liqasını qazandığı Genk komandasında başladı. 2012-ci ildə Çelsi ilə müqavilə imzalayan De Bröynenin Premyer Liqa macərası başladı, lakin Çelsidə az forma şansı əldə edərək Almaniya çempionatına yollandı, 1 il Verder Bremendə icarə əsasında çıxış etdikdən sonra, 18 milyon ₤-ə Aşağı Saksoniya təmsilçisi Volfsburqa transfer oldu. Məhz burada özünü Bundesliqanın ən yaxşı oyunçusu kimi tanıtdı və 2014-15 mövsümündə Almaniya Kubokunu qazanan komandanın ayrılmaz üzvlərindən birinə çevrildi. 2015-ci ilin yayında De Bröyne 54 milyon ₤-lik bir rekordla Mançester Sitiyə qoşularaq yenidən Premyer Liqaya qayıtdı. O vaxtdan bəri klubla iki Premyer Liqa çempionluğu, dörd Liqa Kuboku, bir FA Kuboku və İngiltərə Milli Futbol Superkuboku qazandı. 2017–18-ci illərdə, o, Mançester Sitinin bir mövsümdə 100 xal qazanan yeganə Premyer Liqa komandası olması rekordunda əhəmiyyətli bir rol oynadı. 2019–20-ci illərdə De Bröyne, bir Premyer Liqa mövsümündə ən çox məhsuldar ötürmə edən futbolçu kimi rekord qırdı və Premyer Liqada mövsümün oyunçusu seçildi.
De Bröyne 2010-cu ildə heyətində rəsmi debüt etdiyi Belçika milli futbol komandasında 74 oyunda 19 dəfə rəqib qapılarına yol tapdı. Belçika millisi ilə o, həm 2014 FİFA Dünya Kubokunda, həm də UEFA Avro 2016da dörddəbir finala qədər yüksələ bildi. Kevin və komanda yoldaşları Rusiyada keçirilən 2018 FİFA Dünya Kubokunda da Belçika millisi ilə uğurlu oyunlar keçirərək 3-lük uğrunda keçirilən oyunda İngiltərə millisinə qalib gələrək Dünya Çempionatının bürünc medallarını qazandılar və De Bröyne həmin Dünya Çempionatının rəmzi komandasında yer aldı. UğurlarıKevin De Bruyne Transfermarkt Klub Genk Belçika Kuboku Qalib (1): 2009 Belçika Pro Liqası Qalib (1): 2010/11 Volfsburq Almaniya Kuboku Qalib (1): 2014/15 Almaniya Superkuboku Qalib (1): 2015/16 Mançester Siti İngiltərə Liqa Kuboku Qalib (5): 2016, 2018, 2019, 2020, 2021 İngiltərə Premyer Liqası Qalib (4): 2018, 2019, 2021, 2022 İngiltərə Federasiya Kuboku Qalib (1): 2019 İngiltərə Milli Futbol Superkuboku Qalib (2): 2019, 2020
Şəxsi İngiltərə Liqa Kubokunda ən çox qol vuran oyunçu Qalib (1): 2015/16 Almaniyada ilin oyunçusu Qalib (1): 2015 Mançester Sitidə ilin oyunçusu Qalib (2): 2019/20, 2021/22
Milli
İstinadlar
Kateqoriya:2022 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Gent FK futbolçuları Kateqoriya:Mançester Siti FK futbolçuları Kateqoriya:Çelsi FK futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Napoli FK futbolçuları Kateqoriya:Legioner Belçika futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Belçikanın kişi futbolçuları Kateqoriya:UEFA Avro 2016 futbolçuları Kateqoriya:2018 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2014 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Belçika Birinci Diviziyası A futbolçuları Kateqoriya:İngiltərə Federasiya Kuboku finalı futbolçuları Kateqoriya:Verder Bremen FK futbolçuları Kateqoriya:Volfsburq FK futbolçuları Kateqoriya:UEFA Avro 2020 futbolçuları Kateqoriya:UEFA Avro 2024 futbolçuları Kateqoriya:FİFA Yüzlük Klubu Kateqoriya:Belçika milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Belçika U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:İngiltərədə legioner Belçika idmançıları Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları