2007-ci ildə Azərbaycan, İctimai Televiziyanın Avropa Yayım İttifaqının üzvü olmasından sonra 2008-ci ildə birinci dəfə qitə miqyaslı müsabiqəyə qatıldı. Serbiyanın paytaxtı Belqrad şəhərində baş tutan 53-cü Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı Elnur Hüseynov və Samir Cavadzadə "Day After Day" mahnısı ilə təmsil etdi və 132 xalla 8-ci yeri tutdu. 2011-ci ildə isə Azərbaycan tarixi ərzində birinci dəfə müsabiqənin qalibi oldu. Almaniyanın Düsseldorf şəhərinin ev sahibliyi etdiyi müsabiqədə Eldar Qasımov və Nigar Camal "Running Scared" mahnısı ilə avropanın bütün dövlətlərini arxada qoydu və yarışmanı "Odlar Yurdu"-na gətirdi. Ertəsi il müsabiqəyə paytaxtın Kristal Zalı ev sahibliyi etdi. İsveçli ifaçı Lorinin qələbə qazandığı yarışmada Azərbaycan təmsilçisi Səbinə Babayeva "When the Music Dies" mahnısı ilə 4-cü yeri tutdu.

Azərbaycan sonuncu dəfə müsabiqədə 2013-cü ildə uğurla çıxış etdi. Malmö şəhərində baş tutan müsabiqədə Fərid Məmmədov "Hold Me" mahnısı ilə ikinci yeri tutdu. 2014-cü ildən isə Azərbaycan yarışmalarda mütamadi olaraq uğursuz çıxış edir. 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2016-cı ilsə isə Səmra Rəhimli 17-ci yeri tutdu.

2017-ci ildə Kiyev şəhərində keçirilən müsabiqədə Azərbaycanı Diana Hacıyeva "Skeletons" mahnısı ilə təmsil etmiş və nəticədə 14-cü yeri qazanmışdır. İlk dəfə 2018-ci ildə Azərbaycan Aysel Məmmədovanın təmsilində yarımfinal mərhələsində məğlub olmuşdur. 2019-cu ildə isə Çingiz Mustafayev ifa etdiyi "Truth" mahnısı ilə 8-ci yerdə qərarlaşdı. Çingiz Mustafayev Azərbaycana beş il sonra yaxşı nəticə qazandırdı. 2019-cu ildə tutduğumuz 8-ci yer Azərbaycanın Avroviziyadada son uğurlu nəticəsi olmağa dəvam edir.

2020-ci ildə EFENDİ (Samirə Əfəndi) təmsilçi olaraq seçildi, lakin pandemiya səbəbindən müsabiqə baş tutmadı. Belə olduğu halda bir çox məhdudiyyətlərlə baş tutan 2021-dəki müsabiqədə Azərbaycan adına Bayraq qaldıran yenə də həmin şəxs, EFENDİ (Samirə Əfəndi) oldu. O, ölkəmizi 2020-ci ildə "Cleopatra", 2021-ci ildə isə "Mata Hari" adlı mahnı ilə təmsil etdi. Həmin ildə səhnə alan EFENDİ ölkəmizin bayrağını final gecəsi 20-ci sıraya sancdı. Buna baxmayaraq "Mata Hari" mahnısı ölkəmiz üçün çox uğurlu bir mahnı oldu. Mahnı müxtəlif musiqi platformalarında, qlobal siyahılarda, yutub trendlərində həftələrlə yüksək sıralarda qalmağı bacardı.

2022-ci ildə isə ölkəmizi Nadir Rüstəmli "Fade To Black" adlı mahnı ilə təmsil etdi və 16-cı yerdə qərarlaşdı. 2023-cü ildə isə daxili seçim üsulunda bir sıra dəyişikliklər edildikdən sonra, ölkəmizi Turan və Tural qardaşları "Tell Me More" adlı mahnı ilə təmsil etdi və finala vəsiqə qazana bilmədi. 2024-cü ildə isə daxili seçimlərdə qalib Fəxri İsmayılov (Fahree) oldu və o İlkin Dövlətovla birgə "özünlə apar" mahnısı ilə ölkəmizi təmsil etdi və finala vəsiqə qazana bilmədi. Azərbaycanın Avroviziya 2023 və 2024 də finala vəsiqə qazana bilməməsinin səbəbini fanatlar daxili seçimlərdəki ədalətsizlikdə və Delegasiya rəhbərinin qeyri-peşəkar olmasında görür.

Nəticələri İlEv sahibiİfaçı(lar)Səhnə adıMahnıFinalYarım-final mərhələsiYerXalYerXal200823x23px Serbiya, BelqradElnur Hüseynov və Samir CavadzadəElnur & SamirDay After Day (Gündən-günə)8132696200923x23px Rusiya, MoskvaAysel Teymurzadə və Araş LəbafAysel & ArashAlways (Həmişə)32072180201023x23px Norveç, OsloSəfurə ƏlizadəSafuraDrip Drop (Damla-damla)51452113201123x23px Almaniya, DüsseldorfEldar Qasımov və Nigar CamalEll & NikkiRunning Scared (Qorxub Qaçır)12212122201223x23px Azərbaycan, BakıSəbinə BabayevaWhen the Music Dies (Musiqi Öləndə)4150Ev sahibi yarım-finalda iştirak etmir201323x23px İsveç, MalmöFərid MəmmədovHold Me (Məni Tut)22341139201423x23px Danimarka, KopenhagenDilarə KazımovaStart a Fire (Bir Atəş Başlat)2233957201523x23px Avstriya, VyanaElnur HüseynovHour Of The Wolf (Canavarın Saatı)12491053201623x23px İsveç, StokholmSəmra RəhimliSamraMiracle (Möcüzə)171176185201723x23px Ukrayna, KiyevDiana HacıyevaDihajSkeletons (Skeletlər)141208150201823x23px Portuqaliya, LissabonAysel MəmmədovaAiselX My Heart (X Mənim Ürəyim)Finala adlaya bilməyib1194 2019 23x23px İsrail, Tel-ƏvivÇingiz MustafayevChingiz Truth (Həqiqət)83025224202023x23px| Niderland, RotterdamSamirə ƏfəndiyevaEfendiCleopatra (Kleopatra)2020 Avroviziya Mahnı Müsabiqəsi Koronavirus (COVID-19) səbəbilə ləğv edilmişdir202123x23px| Niderland,RotterdamSamirə ƏfəndiyevaEfendiMata Hari (Mata Hari)20658138202223x23px| İtaliya, TurinNadir RüstəmliFade to Black (Qaralmaq)161061096202323x23px Birləşmiş Krallıq, LiverpulTural Bağmanov və Turan BağmanovTuralTuranXTell Me More (Mənə daha çoxunu danış)Finala adlaya bilməyib144202423x23px İsveç,MalmöFəxri İsmayılov və İlkin DövlətovFahreeÖzünlə aparFinala adlaya bilməyib1411202523x23px İsveçrə,BazelAsəf Mişiyev, Həsən Heydər və Arif İmanovMamagamaRun with UFinala adlaya bilməyib1513

Tarixi Azərbaycan teleməkanında birinci dəfə Avroviziya Mahnı Müsabiqəsi 2006-cı ildə canlı yayımlandı. İctimai Televiziya və Radio Yayımları Şirkətinin efir fəaliyyətinin hələ bir ili tamam olmamış, onlar bu müsabiqənin yayım hüququna sahib çıxdı.

2008 Belqrad

thumb|250x250px|Elnur Hüseynov ifa zamanı 2008-ci il 2 fevralda Heydər Əliyev adına İdman Arenasında İctimai Televiziya tərəfindən milli seçim turu baş tutdu. Seçim turuna, müsabiqənin 2003-cü ildə qalibi olan Sərtab Ərənər, 2004-cü ilin qalibi Ruslana, 2007-ci ilin qalibi Mariya Şerifoviç və digər məşhur ifaçılar, mütəxəssis qismində dəvət olundu. Azərbaycanı 53-cü Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün "Unformal" qrupu ilə yanaşı, Elnur Hüseynov və Aynur İsgəndərli mübarizə apardı. Avropanın bir sıra dövlətlərində canlı yayımlanan seçim turunda "Eurovision TV"-nin baş direktoru Byorn Eriçsen çıxış etdi və indiyə qədər belə gözəl milli seçim turunu izləmədiyini vurğuladı. Gecənin sonunda isə milli seçim turunun qalibi elan olundu. Tarixdə birinci dəfə Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququnu Elnur Hüseynov qazandı. Amma daha sonradan Elnur Hüseynovun Azərbaycanı müsabiqədə solo yox, Samir Cavadzadə ilə birgə duet formasında təmsil edəcəyi bildirildi. Elnur və Samir dueti Belqrad şəhərində Gövhər Həsənzadə və Zəhra Bədəlbəylinin bəstəsi olduğu "Day After Day" mahnısını ifa etdi. Duet səhnəyə mayın 20-si, I yarım-final çərçivəsində 7 nömrə altında çıxdı. Səsvermədə Elnur və Samir dueti 96 xal topladı. Bu nəticə ilə onlar, 19 ifaçı sırasında 6-cı yeri tutdu və finala vəsiqə qazandı. Mayın 24-də baş tutan finalda 25 ifaçı sırasında səhnəyə 20-ci çıxan Elnur və Samir dueti səsvermədə 132 xal topladı. Bu minval ilə Azərbaycan təmsilçiləri birinci dəfə qatıldığı müsabiqəni 8-ci pillədə başa vurdu.

2009 Moskva left|thumb|250x250px|Aysel və Araş

Rusiya müğənnisi Dima Bilanın "2008-Avroviziya" Mahnı Müsabiqəsində qələbə qazanması ilə 2009-cu ildə müsabiqə Moskva şəhərində baş tutdu. Həmin il yanvarın 17-də Azərbaycanı müsabiqədə təmsil edəcək ifaçının adı məlum oldu. Bu hüquq, bir vaxtlar Azərbaycanın məşhur yarışması "Yeni Ulduz 4"-də çıxış edən 19 yaşlı Aysel Teymurzadə verildi. Fevralın 6-da isə onun müsabiqədə ifa edəcək mahnı məlum oldu. Aysel müsabiqədə əslən Cənubi Azərbaycandan olan İsveçli bəstəkar və müğənni Araşın bəstəsi olan "Always" mahnısını ifa etdi. Araş müsahibəsində, mahnının məhz Aysel üçün yazdığını vurğuladı. Mahnının ictimaiyyətə təqdim olunmasından bir həftə sonra yeddi nəfərdən ibarət münsiflər heyəti yarışmaya Aysel Teymurzadənin solo yox, Araş ilə birgə duet formasında qatılmasını qərara aldı. Müsabiqə zamanı Rusiyanın estrada müğənnisi Filipp Kirkorov Aysel və Araşın yarışmanın favoritlərindən olduğu bildirdi. Mayın 12-si məşq zamanı Rusiyanın baş naziri Vladimir Putin Aysel və Araş ilə şəxsən görüşüb və onlara uğurlar arzulayıb. Duet səhnəyə mayın 14-də, II yarım-finalda çıxdı. 12 nömrə altında çıxış edən Aysel və Araş dueti finala asanlığla vəsiqə qazandı. Onlar, 180 xal topladı və yalnızca Norveçli Aleksandr Rıbakdan geri qaldı.

Mayın 16-sı isə final şousu baş tutdu. Finaldan əvvəl Aysel müsahibəsində, Azərbaycan dövlətinin və hər bir Azərbaycanlının dəstəyini daim hiss etdiyini bildirdi. Səhnəyə çıxan 25 ifaçı sırasında Aysel və Araş 11 nömrə altında ifalarını təqdim etdi. Gecənin sonunda baş tutan səsvermədə Aysel və Araş 207 xal topladı. Bu minval ilə onlar, ancaq Norveçli Aleksandr Rıbakdan və İslandiyalı Yohannadan geri qaldı və üçüncü pillənin sahibi oldu. Səsvermə sırasında Ermənistanın Azərbaycana bir xal verməsi, gecənin gözlənilməz məqamı oldu. Finalda bir gün sonra, mayın 17-si Azərbaycan Prezidenti İlham Əliyev Aysel və Araş ilə telefon ilə danışdı. Vətənə dönən zaman isə Aysel Teymurzadəni və Araşı Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva qəbul etdi. Qəbul zamanı o, Aysel və Araşın qitə miqyası müsabiqədə Azərbaycanı layiqinci təmsil etdiyini bildirdi.

2010 Oslo thumb|188x188px|Səfurə Əlizadə

Norveçin 2009-cu ildə Avroviziyada Mahnı Müsabiqəsində qələbə qazanması ilə 2010-cu ildə müsabiqəyə Oslo şəhəri ev sahibliyi etdi. Martın 2-də Buta Sarayında milli seçim turunun final şousu baş tutdu. Azərbaycanı qitə miqyaslı müsabiqədə təmsil etmək üçün "Milk & Kisses" qrupu ilə yanaşı, Məryəm Şabanova və Səfurə Əlizadə mübarizə apardı. Milli seçim turunda hər üç ifaçı "Drip Drop", "Soulless" və "Under My Skin" mahnıları ifa etdi. 7 nəfərdən ibarət münsiflər heyəti gecənin sonuncu Azərbaycanı mötəbər müsabiqədə təmsil etmək hüququnu Səfurə Əlizadəyə həvalə etdi. O, yarışmada İsveçli bəstəkarlar Stefan Örn və Sandra Byurmanın bəstəsi "Drip Drop" mahnısını ifa etdi. Səfurə Əlizadə 55-ci Avroviziya Mahnı Müsabiqəsinin 27 mayda baş tutan II yarım-finalında 7 nömrə altında səhnəyə çıxdı. Səsvermə sırasında Səfurə Əlizadənin performansı 113 xalla qiymətləndirildi. Bu nəticə ilə o, ancaq Türkiyə təmsilçisi "MaNga" qrupundan geri qaldı və finala vəsiqə qazandı. Mayın 29-u keçirilən final şousunda Səfurə Əlizadə səhnəyə 1 nömrə altında çıxdı. Almaniya ifaçısı Lena Meyer-Landrutun qələbə qazandığı gecədə Səfurə Əlizadə 145 xalla 5-ci yeri tutdu.

2011 Düsseldorf

thumb|282x282px|Azərbaycana Avroviziya Mahnı Müsabiqəsinin tarixində yeganə qələbəni qazandıran Eldar Qasımov və Nigar Camal left|thumb|240x240px|Eldar Qasımov və Nigar Camal 2011-ci ildə Azərbaycan sayca dördüncü dəfə Avroviziya Mahnı Müsabiqəsinə qatıldı. 2010-cu ilin noyabr ayında İctimai Televiziyada milli seçim turlarına start verildi. 77 ifaçısının mübarizə apardığı seçim turu, fevralın 11-də Milli Dram Teatrında başa çatdı. Final şousunda Aynişan Quliyeva, Eldar Qasımov, İlhamə Qasımova, İlqarə Kazımova və Nigar Camal mübarizə apardı. Gecənin sonunda 7 nəfərdən ibarət münsiflər heyəti, Düsseldorf şəhərinin ev sahibliyində baş tutan 56-cı Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək hüququnu Eldar Qasımov və Nigar Camala verdi.

Martın 13-də Eldar və Nigarın müsabiqədə ifa edəcəyi mahnını məlum oldu. 7 nəfərdən ibarət münfislər heyətinin qərarı ilə onlar, qitə miqyaslı müsabiqədə İsveçli bəstəkarlar Stefan Örn və Sandra Byurmanın bəstəsi olan "Running Scared" mahnısını ifa etdi. Həm də Eldar və Nigar müsabiqədə öz adları ilə deyil, səhnə təxəllüsü (Ell və Nikki) ilə çıxış etdi.

2012 Bakı

thumb|250x250px|Səbinə Babayeva