Aleksey Mixayloviç Mateeviç (rum. Alexei Mateevici; ) — Bessarabiyada ən məşhur rumın şairlərindən biri idi. Rusiya İmperator Ordusunun hərbi Rahibi olmuşdur.
Bioqrafiya Aleksey Mateeviç, 1888-ci il martın 27-də Bessarabiyanın Kaynarı kəndində rahib Mixayıl Mateeviç və Nadejdanın ailəsində anadan olub. Tezliklə ailə Zaim kəndinə köçdü. 1897-1902-ci illərdə Mateeviç Kişinyov İlahiyyat Məktəbində və 1902-10-cı illərdə İlahiyyat Seminariyasında oxudu. 1906-cı ildə Bessarabiya qəzetində "Payız" Oçerki , "Bizə nə lazımdır?" Və "Moldovalıların hüquqları uğrunda mübarizəsi" adlı məqalələri dərc edilib. 1907-ci ildə "Al. M. " imzası ilə "Dorul" ("Arzu") şeiri nəşr olundu. Tezliklə, "Bessarabiya Lira" başlığı altında Al. Matveesku təxəllüsü, "Kisnecu, 5 fevral 1907" qeydi ilə "Kintek zorilor" (Şəfəq nəğməsi) şeirini nəşr etdi. Fevralın 14-də "Țăranii" ("Kəndli") şeiri, fevralın 25-də isə "Eu cânt" ("Mən həmd edirəm") nəşr olundu. Tezliklə "Bessarabiya" qəzeti siyasi səbəblərdən bağlandı və Mateeviçin işləri bir neçə il heç bir yerdə nəşr olunmadı.
1910-1914-cü illərdə Mateeviç Kiyev Ruhani Akademiyasında təhsil aldı. 1914-cü ildə Mateeviç, Feodosiya Borisovna Novitskaya ilə evləndi, Kişinyova qayıtdı və Kişinyov İlahiyyat Seminariyasında yunan dili müəllimi oldu. 1915-ci ildə Nadsonun "Xristian" şerini tərcümə etmişdir. 11 sentyabr 1915-ci ildə Mateeviç əsgər kimi səfərbər edilmiş və Qalisian cəbhəsinə göndərilmişdi, bir müddət sonra Rumıniya cəbhəsinə köçürülmüşdür. Mateeviç, 25-27 may 1917-ci ildə, Kişinyovda keçirilmiş Moldovalı müəllimlərin konqresində iştirak etmişdir. 1917-ci ilin iyun ayında "Limba noastra" ("Bizim dilimiz") adlı məşhur şeirini yazmışdır. İyunun 17-də şeir tamamlandı, növbəti gün Kişinyov şəhərində Moldova müəllimləri kurslarının açılışında müəllif tərəfindən oxundu.
Cəbhəyə qayıtdıqdan tez bir müddət sonra Mateeviç tifüs xəstəliyinə yoluxdu , Kişinyov xəstəxanasında yerləşdirildi və 1917-ci il avqustun 13-də vəfat etdi. Kişinyov Mərkəzi (erməni) qəbiristanlığında dəfn edilmişdir.
2015-ci ildə onun büstü Kişinyov şəhərində yerləşən Kilsə xadimlərinin xiyabanında quraşdırılmışdır; büst heykəltəraş Veaceslav Jiglițchi tərəfindən bürüncdən tökülmüş və xalq ustası Veaceslav Lozan tərəfindən hazırlanmış Cosăuți daşından postament üzərinə yerləşdirilmişdir.
İstinadlar
Xarici keçidlər Алексей Михайлович Матеевич Alexei Mateevici (1888-1917). Writer and Theologian | Kateqoriya:Moldova şairləri Kateqoriya:Birinci Dünya müharibəsində iştirak edən Rusiya şəxsləri Kateqoriya:Moldova publisistləri