Volfqanq Amadeus Motsartın heykəli — XVIII əsrdə Avstriyada yaşamış bəstəkar Volfqanq Amadeus Motsartın 2011-ci ildə Bakı şəhərində qoyulmuş heykəli. Heykəl 12 oktyabr 2011-ci ildə Bakı şəhərində qoyulub. Abidənin açılışında Azərbaycan prezidenti İlham Əliyev və Avstriya prezidenti Haynts Fişer iştirak edib. Heykəlin müəllifi Xalq rəssamı, heykəltaraş Natiq Əliyev və Əməkdar incəsənət xadimi, memar-rəssam Çingiz Fərzəliyevdir. Abidənin ətrafı abadlaşdırılıb, 2 min 300 kvadratmetr ərazidə bağ salınıb.
Həmçinin bax Üzeyir Hacıbəyovun heykəli Qara Qarayevin heykəli
İstinadlar
Xarici keçidlər Dahi bəstəkar Volfqanq Motsartın abidəsinin açılışı. 12. oktyabr 2011
Kateqoriya:Bakıdakı heykəllər Kateqoriya:Bəstəkarların heykəlləri Kateqoriya:Kişi heykəlləri Kateqoriya:Natiq Əliyevin əsərləri Kateqoriya:Volfqanq Amadey Motsart Kateqoriya:2011-ci ilin heykəlləri