Etibar Oktay oğlu Həsənzadə (ilk adı: Etibar Salmanov; ) — Azərbaycan şairi, yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019).

Həyatı Etibar Oktay oğlu Həsənzadə 7 iyun 1992-ci il tarixində Azərbaycanın Daşkəsən şəhərində anadan olmuşdur. O, 2010-cu ildə Anar Mursəlov adına Daşkəsən şəhər 2 saylı orta məktəbi bitirmişdir. O, Azərbaycan Yazıçılar Birliyinin, İstedadlı Əlillər İctimai Birliyinin fəxri üzvü, Avrasiya İncəsənət, Mədəniyyət, Ədəbiyyat və Elm Federasiyasının (AİMƏEF) və Türkman Ədəbiyyatçı və Yazıçılar Birliyinin üzvüdür. Həsənzadə 2014-cü ilin sentyabr ayında Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsinin dinləyicisi olmuş, 2016-cı ildə həmin fakültədən məzun olmuşdur.

Yaradıcılıq fəaliyyəti Etibar Həsənzadə yaradıcılıq fəaliyyətinə 2014-cü ilin yanvar ayında "Könlümlə söhbət" şeirlər toplusunun nəşr edilməsiylə başlamışdır. Bundan sonra "Duyğular dinsin" (2015), "Gecikmiş etiraf" (2015), "Bir həyat romanı" (2016), "Sevgi bəstəsi" (2017), "Nurla gəldi, Nurla Yaşadı, Nurla getdi" (2018) kitabları nəşr edilmişdir. Həsənzadənin şeirləri və hekayələri "Avrasiya Şairleri Antolojisi"ndə, "Qarabağnamə" (I, II, III, IV cilddə), "Unutulmayan Hocalım", "Sevirəm, sevmişəm, sevəcəyəm də" (I, II, III cilddə), "Ziya", "Bölgələrdən səslər", "Anasız, atasız dünyam", "Xocalı harayı və Əsirlikdən gələn səs", "Zirvə", "Şairlər seçkisi" (IX, X və XI cildlər), "Bir yandan boşalıb dolan dünyadır", "Karabağdan, Kerkükden Çanakkaleye şiir seçkisi", "Türk Dünyası şiir seçkisi III cild", "Xarı bülbül", "Sirli, sözlü Daşkəsən", "Aprel döyüşləri", "Dünya yalan Dünyadır", "Türk illerinde çocukluk günleri" antologiyalarında və "Hər könüldən bir soraq" almanaxında dərc olunmuşdur. Onun şeirlərinə mahnılar bəstələnmiş, eşitmə və danışma qüsurlu insanlar üçün şeirləri və onların mahnıları üçün Azərbaycan işarət dilində 3 klip çəkilmişdir.

Mükafat və təltiflər Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən "İstedad Sorağında" layihəsi çərçivəsində keçirilmiş müsabiqədə birincilik (2015) "ASKEF" və "Qafqaz-Media İB" tərəfindən verilən "Vicdanlı qələm" mükafatı "Qafqaz-Media İB" və "Tedua Production2un təşkilatçılığı ilə keçirilən "Musical fires of Baku" müsabiqəsinin mükafatlandırma mərasimində "İlin gənc şairi və sayt rəhbər" diplomu "Qafqaz-Media İB" və "Qafqaz-Media.Az" İnformasiya Agentliyinin keçirdiyi sorğuya əsasən "İlin fəal yazarı Best of the Best" diplomu "Heydər zirvəsi" diplomu "İlhamlı Azərbaycanım" diplomu "Beynəlxalq İdeal Sülh Vəqfi" tərəfindən "Beynəlxalq Sülh Elçisi" statusu Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019) Ziyadar Mükafatı Qızıl qələm mükafatı

Əsərlər Könlümlə söhbət (2014) Duyğular dinsin (2015) Gecikmiş etiraf (2015) Bir həyat romanı (2016) Sevgi bəstəsi (2017) Nurla gəldi, Nurla Yaşadı, Nurla getdi (2018)

İstinadlar

Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:"Qızıl qələm" mükafatı laureatları Kateqoriya:Bakı Slavyan Universitetinin məzunları Kateqoriya:"Ziyadar" mükafatı laureatları