Anna Komtes Metyu de Noay (tam adı: Anna Komtess Metyu de Noay, ; ) — Rumıniya-Fransa yazıçısı.
Bioqrafiyası Şəxsi həyatı Parisdə anadan olmuş Şahzadə Anna Elizabet Bibesko-Bassaraba de Brankovan Rumıniya boyarlarının Bibesku və Krayoveşt ailələrinin nəslindəndir. Atası Şahzadə Qreqoar Bibesko-Bassaraba Valaxiya şahzadəsi Georgi Bibesku və Zoe Mavrokordato-Bassaraba de Brankovanın oğludur. Anası Ralouka (Raşel) Mussurus isə yunan əsilli musiqiçidir. Polyak bəstəkar İqnatsi Yan Paderevski bir neçə bəstəsini məhz həmin xanıma həsr etmişdir.
1897-ci ildə Anna 7-ci hersoq de Noayın dördüncü oğlu Metyu Fernand Frederik Paskal de Noay (1873–1942) ilə ailə həyatı qurmuşdur. Cütlük tezliklə Parisin ali təbəqəsində məşhurlaşır. Onların Kont Ann-Jul de Noay (1900–1979) adlı bir oğlu da olur.
Fəaliyyəti 250px|thumb|right|Anna de Noay, İqnasio Suloaqanın portreti (1913) Anna de Noay üç roman, bir avtobioqrafik əsər və çoxsaylı şeirlər yazmışdı. Onun dövrün intellektual, ədəbi və bədii elitası ilə dostluq münasibətləri vardı: onların arasında Marsel Prust, Fransis Jamm, Kolet, Andre Jid, Frederik Mistral, Rober de Monteskyö, Pol Valeri, Jan Kokto, Pyer Loti, Pol Ervye və Maks Jakob da vardı.
Anna de Noay 1933-cü ildə 56 yaşında ikən Parisdə vəfat etmişdir. Per-Laşez məzarlığında dəfn olunmuşdur. O, Antuan Bibesko və Marta Bibeskonun yaxın qohumudur.
İncəsənətdə Anna de Noay o qədər məşhur olmuşdur ki, dövrün görkəmli rəssamları — Antonio de La Qandara, İqnasio Suloaqa, Kes van Donqen, Jak-Emil Blanş və britaniyalı rəssam Filip de Laslo onun portretini çəkmişdilər. 1906-cı ildə Ogüst Roden onun heykəlini düzəltmişdi: hazırda gildən hazırlanan modeli Parisdəki Roden muzeyində görmək mümkündür, tamamlanmış mərmər büstü isə Nyu-Yorkun Metropoliten muzeyində nümayiş olunur.
Mükafatları Anna de Noay "Fəxri Legion" ordeninin komandoru olan, eləcə də Belçikanın Fransız dili və ədəbiyyatı Kral Akademiyasına qəbul olunan ilk qadındır. O, 1921-ci ildə Fransa Akademiyasının "Qran Pri"si ilə mükafatlandırılmışdır.Catherine Perry, Sensual Deviations and Verbal Abuse: Anna de Noailles in the Critic's Eye, in Diana Holmes and Carrie Tarr, Eds., A 'Belle Epoque'? Women in French Society and Culture 1890-1914. Oxford and New York: Berghahn Books, 2006, p.239.
Kontes de Noay 1919-1954-cü illərdə rəssamlar, heykəltəraşlar, dekoratorlar, qravürçülər, yazıçılar və musiqiçilərə verilmiş bir hədiyyə olan Blumental mükafatının () təqdim edilməsində Florens Meyer Blumental ilə birgə münsiflər heyətində iştirak etmişdir.
Əsərləri Le Cœur innombrable (1901) L'Ombre des jours (1902) La Nouvelle Espérance (1903) Le Visage émerveillé (1904) La Domination (1905) Les Éblouissements (1907) Les Vivants et les Morts (1913) Les Forces éternelles (1920) Les Innocentes, ou La Sagesse des femmes (1923) Poème de l'amour (1924) L'Honneur de souffrir (1927) Exactitudes, Paris (1930) Le Livre de ma vie (1932) Derniers Vers et Poèmes d'enfance (1934)
İstinadlar
Xarici keçidlər
Website on Anna de Noailles, in both English and French Anna de Noailles' Blog, in English A Swiss blog on Anna de Noailles, in French The Anna de Noailles Circle in France Catalog of the Bibliothèque Nationale de France from which it is now possible to download Anna de Noailles' works for free
Poems by Anna de Noailles The Anna de Noailles french school in Bucharest, Romania
Kateqoriya:Fransa şairləri Kateqoriya:"Fəxri Legion" ordeninin komandorları Kateqoriya:Rəssamların modelləri Kateqoriya:XX əsr qadın yazıçıları Kateqoriya:Rumıniyanın qadın yazıçıları Kateqoriya:XX əsr Fransanın qadın yazıçıları Kateqoriya:Fransa memuarçıları