Avstriya-Macarıstan müqaviləsi (, ) - 1867-ci ildə Avstriya ilə Macarıstan dövlətləri arasında imzalanan və Avstriya-Macarıstan imperiyasının yaradılması ilə nəticələnən müqavilə . Haqqında 1866-cı ildə Prussiya-Avstriya müharibəsi zamanı əldə edilən məğlubiyyət və alman ittifaqının dağılması nəticəsində Avstriya öz nüfuzunu itirmişdi. Bundan başqa artmaqda olan sosial və milli-siyasi təzadları aradan qaldırmaq üçün imperiyanın modernləşməsi, radikal islahatlar tələb olunurdu. 1867-ci ildə Avstriya və Macarıstan müqavilə () imzaladılar. Həmin vaxtdan Avstriya imperiyası Avstriya-Macarıstan dualist monarxiyası kimi çıxış etdi. Müqaviləni Avstriya tərəfdən imperator Frans İosif, Macarıstan tərəfindən isə Ferens Deak imzalamışdır. Müqavilənin şərtləri aşağıdakılardır : Avstriya-Macarıstan imperiyasının iki paytaxtı olacaq: Vyana və Budapeşt Hər iki bölgənin ayrı ayrılıqda baş naziri və parlamenti olacaq Avstriya-Macarıstan bir olaraq qalacaq Ordu və donanma ortaq bir xarici işlər nazirliyi tərəfindən idarə ediləcək Ortaq vətəndaşlıq olmayacaq. Müqavilənin şərtlərinə 10 ildən bir yenidən baxılacaqdır. İstinadlar
Kateqoriya:Avstriya tarixi Kateqoriya:Macarıstan tarixi Kateqoriya:XIX əsrdə beynəlxalq müqavilələr Kateqoriya:Avstriyanın müqavilələri Kateqoriya:Avstriyanın müqavilələri