David Qareci lavrası () — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsi. Lavra VI əsrin I yarısında albanlar tərəfindən inşa edilmişdir. Sonradan siyasi səbəblərdən gürcülərin tabeliyinə verilmişdir.
Memarlıq xüsusiyyətləri
Kompleksə VI-XVIII əsrləri əhatə edən müxtəlif tikililər - kilsə, rahiblərin və ziyarətçilərin istifadəsi üçün nəzərdə tutulmuş müxtəlif binalar daxildir. Kompleks dairəvi qüllələri olan müdafiə divarları ilə əhatə olunmuşdur.
Kompleksin mərkəzində girişi üzərində zəng qülləsi ucalan qədim kilsə yerləşir. Kilsənin ətrafında yaşayış üçün hər şəraiti olan kenakonlar, onların arxasında kiçik kapellalar, bir qədər aralıda isə atların saxlanması üçün yerlər və anbarlar yerləşir.
Kompleks mağaralarla zəngin dağlıq ərazidə yerləşir. Dağlıq ərazidə yağış sularının toplanması, süzülməsi və istifadəsinə imkan verən sistem yaradılmışdır. Kompleksə daxil olan mağaralardan birinə davamlı olaraq su damır və toplanır. Əfsanəyə əsasən bu mağara "Davidin göz yaşı" adlandırılır.
Həvari İohann kilsəsi
Kompleksin ən böyük və mühüm tikilisi Həvari İohann kilsəsidir. Kompleksin özəyini təşkil edən bu kilsə XII əsrdə əsasən qırmızı tufdan istifadə edilməklə tikilmişdir.
Kilsənin XVII əsrdə bərpa edilmiş şimal divarını David Qarecinin həyatının müxtəlif dövrlərini təsvir edən divar rəsmləri bəzəyir.
Monastır rəhbərləri
VI əsr - David Qareci 1881 - arximandrit Qriqori Dadianiმ. საბინინი, „საქართველოსსა მოთხე“, 1882, გვ. 637 İstinadlar
Ədəbiyyat Чубинашвили Г. Н., Пещерные монастыри Давид-Гареджи, Тб., 1948.
Kateqoriya:Keşikçidağ monastır kompleksi Kateqoriya:Saqareco məbədləri Kateqoriya:David Qareci Kateqoriya:Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəni Abidələri