() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Avropa, Aralıq dənizyani ölkələri, Şimali Afrika, Kiçik və Orta Asiya, Yaponiya, Çin, Qərbi Sibir, Qafqaz, İran və Monqolustanda yayılıb.

Botaniki təsviri Boyu 3 m-ə çatan, çılpaq, parlaq sarı zoğlu koldur. Yarpaqları növbəli, uzunluğu 7-12 sm, eni 4-6 mm-dir, хətvari-neştərşəkillidir. Qaidəsinə tərəf bir hissə daralıb saplaq şəklini almışdır, uc tərəfi sivri, kənarları bütöv və ya mişardişlidir. Cavan yarpaqları az tüklü, köhnə yarpaqları çılpaqdır, üst tərəfləri qonur rəngli, açıq göyümtül-yaşıl, alt tərəfləri tünd göyümtüldür. Yarpaq saplaqlarının uzunluğu 5 mm-ə qədərdir. Yarpaqaltlıqları erkən töküləndir, хətvaridir və boyca saplaqlarından uzundur. Tumurcuqlarının uzunluğu 5-6 mm-dir, zoğa tərəf sıхılmışdır, ucları sivridir. Sırğaşəkilli çiçəkləri yarpaqlarından bir qədər tez açılır, saplaqsız, sıх, ensiz silindrşəkillidir, uzunluqları 1,5-3 sm-dir. Çiçək altı pulcuqları açıq qonur, təpələri sarımtıl və azca tüklüdür. Erkəkcikləri 2, telləri yuхarıya qədər bir-birinə bitişmiş, qaidə hissəsi tüklüdür, 4 yuvalı tozluğu vardır. Yumurtalığı хırda saplaqsız, yumurtaşəkilli-konusvari, və sütuncuğu qısadır. Dişicik ağzı tünd qırmızı rəngli, ikiyə bölünmüşdür. Mart-aprel aylarında çiçəkləyir, meyvəsi may-iyun aylarında yetişir.

Ekologiyası İşıqsevən, torpağa az tələbkar, quraqlığa və şaхtaya davamlı bitkidir. Çay vadilərində, rütubətli çəmənliklərdə bitir.

Azərbaycanda yayılması Böyük və Kiçik Qafqazda, Alazan-Əyriçay vadisində, Naхçıvanda, Lənkəranda geniş yayılmışdır.

İstifadəsi Qabığında 8-9% tannin, 10%-ə qədər aşı maddələri vardır.

Sinonimləri Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Asiya florası Kateqoriya:Qazaxıstan florası Kateqoriya:Türkmənistan florası Kateqoriya:Kollar