Mikloş İbl (, ) — XIX əsrdə yaşamış macar memar, Avropa memarlığında eklektikanın görkəmli nümayəndəsi. Onun məşhur işlərindən biri Budapeştdə yerləşən Macarıstan Dövlət Opera teatrıdır.

Haqqında Mikloş İbl 6 aprel 1814-cü ildə Sekeşfexervar şəhərində anadan olmuşdur. Vyana Texniki Universitetində ali təhsil almış və təhsilini bitirdikdən sonra Mixai Pollakın köməkçisi vəzifəsində çalışmışdır. 1836-1840-cı illər ərzində isə Henrik Koçun ofiisndə işləyən Mikloş İbl təhsilini davam etdirmək üçün əvvəl Münhenə daha sonra isə İtaliyaya köçərək bir müddət burada yaşamışdır. Macarıstana qayıtdıqdan sonra Mixai Pollakın oğlu Aqoşton ilə birlikdə Qraf Layoş Battyaninin qəsrinin bərpası ilə məşğul olmuşdur. Onun ilk əsas işi 1845-1855-ci illərdə inşa edilən Fot kilsəsi sayılır. Yaradıcılığının əvvəllərində daha çox romantik üslubda binalar inşa etsə də, İtaliyaya ikinci səfərindən sonra Renesans dövrü mədəniyyətindən təsirlənmiş və neo-renesans bina layihələri hazırlaşmışdır. Onun inşa etdiyi binaların bir çoxu günümüzdə də Budapeşt şəhərini ən önəmli mənzərələrindən birinə çevrilmişdir. Buna misal olaraq: Müqəddəs Stefan Bazilikasını, Rak termal hamamını, qədim gömrük binasını və kral sarayının Kristinavaroş qanadını göstərmək olar. Bundan başqa Mikloş İbl saysız kilsə, yaşayış binaları və qəsr layihələri hazırlamış, inşa etmişdir. Fəaliyyəti

1845-1849. Fot, Kral qəsri (bərpa) 1845-1855. Fot, Roman Catholic kilsəsi 1852. Budapeşt, Qrabovski – (Roçaa-) villa 1857-58. Budapeşt, Milli Atçılq Mərkəzi 1860. Albertirsa, Sapari şapeli 1860. Leanfayu, Dyulai-villa 1860. Venkeyim qəsri 1860-1864. Nadçenk, R.C. kilsəsi 1862 Keçkemet, Evangelist kilsəsi 1862-1865. Budapeşt, Festetik sarayı 1863. Budapeşt, alman teatrı 1863. Budapeşt, Kral sarayı 1863-1864. Budapeşt, MTA binası 1865. Fedvernek , Sapari qəsri 1865-1866. Budapeşt, qədim parlamenti binası 1865-1879. Budapeşt, R.C. kilsəsi 1867. Budapeşt, Palfi sarayı 1867-1891. Budapeşt,Müqəddəs İştvan bazilikası. Hild tərəfindən başlamş, İbl tərəfindən davam etdirilmiş, Kauzer tərəfindən tamamlanmışdır. 1870-1874. Budapeşt, Gömrük binası 1871. Budapeşt, Marqit körpüsü 1872. Parad, İbl oteli 1873-1884. Budapeşt, Macarıstan Dövlət Opera teatrı 1875-1879. Okidos, Venkeim qəsri 1880-1882. Paradşaşvar, Károlyi qəsri 1882-1888. Budapeşt, Budapeşt Klarisseum R.C. kilsəsi 1883-1884. Budapeşt, Seçeni sarayı (dağıdılmışdır) 1888. Parad, Ersebet oteli Qalereya

İstinadlar

Kateqoriya:Macarıstan memarları