Apuzeni Milli Parkı () — Rumıniya ərazisində qorunan təbiət zonası (təbii park). BTMB-nın V (Qorunan landşaft/akvatoriya) kateqoriyasına daxildir. İnzibati baxımdan Alba, Bihor və Kluj rayonlarına (judesa) aiddir.

Yerləşməsi Apuzeni Milli Parkı Rumıniyanın qərbində yerləşir. Qərbi Rumıniya dağlarının şimali və mərkəzi qurtaracağındadır. Təbii parkın qismən cənubdan Bihor dağının, şimaldan isə Vladesa dağının ərazisini əhatə edir.

Coğrafiyası Apuzeni Milli Parkının ümumi sahəsi 75,784 hektardır(рум.) apmcj.anpm.ro — Agenţia pentru Protecţia Mediului Cluj ; retrieved on June 14, 2012. Ərazi 2000-ci il 6 martda № 5 qanunla qoruq elan olunmuş (Monitorul Oficial № 152 12 aprel 2000-ci il)(рум.) cdep.ro — Legea Nr.5 din 6 martie 2000, publicată în Monitorul Oficial al României, Nr.152 din 12 aprilie 2000 ; retrieved on June 14, 2012. Milli Park əsasən dağlıq ərazini əhatə edir (dağlar, zirvələr, karlar, mağaralar, dərələr, karst zonası, meşələr və yaylaqlar). Park qərbi Karpatlara xarakterik flora və faunaya məxsusdur.

Milli Parkın tırkibinə daxil olan təbii qoruqlar: Izbucul de la Cotețul Dobreștilor (0,20 ha), Izbucul Mătișești (2 ha), Izbucul Tăuzului (1 ha), Coiba Mare mağarası (0,50 ha), Avenul din Hoanca Urzicarului (1 ha), Skerişoara mağarası (1 ha) və Ghețarul de la Vârtop (1 ha). Bu qoruqlar Alba qraflığında yerləşir(рум.) apmab.anpm.ro — Agenţia pentru Protecţia Mediului Alba ; retrieved on June 14, 2012; Pietrele Galbenei (6,30 ha), Cetatea Rădesei mağarası (20 ha), Poiana Florilor (1 ha), Carstic Padiș platosu (39 ha), Valea Galbenei (70,50 ha), Valea Sighiștelului (412,60 min. ha), Vârful Biserica Moțului (3 ha), carstic Lumea Pierdută paltosu (39 ha), Cetățile Ponorului (14,90 ha), пещера Ghețarul Focul Viu (0,10 ha), Ciur Izbuc mağarası (0,10 ha), Mikulı mağarası (0,10 ha), Ayı mağarası (1 ha), Smeii de la Onceasa mağarası (0,50 ha) və Cerbului Cave-Avenul cu Vacă (45 ha) - Bihor rayonu; Molhașul Mare de la Izbuc (8 ha) isə Kluj rayonunda yerləşir.

İstinadlar

Kateqoriya:Rumıniya milli parkları Kateqoriya:2000-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Kluj judetsinin coğrafiyası Kateqoriya:Kluj judetsinin görməli yerləri