Lesli Tauns Houp (; ) — Dünyaca məşhur olan Bob Houp peşəkar gülüş ustası, aktyor, müğənni, rəqqas, idmançı və yazıçı idi. Houpun yüksək səviyyəli tərəfdaşı Bing Krospi ilə 7 bölümnən ibarət "Yol" musiqili komediya filmi, o cümlədən baş rola çəkildiyi 54 bədii film, həmçinin 70-dən çox qısamüddətli və bədii filmlər daxil olmaqla təxminən 80 ili əhatə edən bir karyerası var. Musiqi sahəsində "Thanks for the Memory" (xatirə üçün təşəkkürlər) mahnısı onun ən çox yadda qalan mahnısı idi. Houp Londonun cənub-şərqində Eltam mahalında anadan olmuş, 4 yaşında ikən ailəsi ilə birlikdə Birləşmiş Ştatlara köçmüş, Klivlend, Ohayo ştatında böyümüşdü.
1910-cu illərin sonlarında boksçu kimi qısa karyerasından sonra, 1920-ci illərin əvvəllərində şou-biznes karyerasına başlamışdı, "Broadway" teatrında fəaliyyət göstərmədən əvvəl "Vodevil" dövründə komediyaçı və rəqqas kimi başladı. Houp 1934-cü ildən başlayaraq radio və filmlərdə görünməyə başladı. O, həmçinin müasir Amerika komediyasının əsasını qurmağa kömək etdi.
İstinadlar
Kateqoriya:ABŞ uzunömürlüləri Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:İngiltərə uzunömürlüləri Kateqoriya:Los-Ancelesdə vəfat edənlər Kateqoriya:Sesil B. De Mill mükafatı laureatları Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:XX əsr aktyorları Kateqoriya:ABŞ televiziya aktyorları