thumb|right|ЭР31 eletrik qatarı Beovoz — Belqradda mövcud olan, paytaxtın mərkəzini şəhər ətrafı şimal, qərb və cənub hissələri ilə birləşdirən dəmiryolu şəbəkəsi. Dəmiryolu şəbəkəsinin sahibi Serbiya Dəmir Yolları şirkətidir.
Tarixi Belqrad dəmiryol qovşağının yenidən qurulmasına 1971-ci ildən başlanılmışdır. 1977-ci ildən başlayaraq isə mərkəzi hissədə 10 km uzunluğunda tikinti başlamış və bir neçə tünel belə inşa edilmişdir. 1984-cü ildən Bataynisa - Beoqrad Sentar xətti istifadəyə verilir. Ancaq rəsmi açılış 1992-ci ildə gerçəkləşdirilir. Bu zaman şəhər mərkəzində tunelin açılması və üç istiqamətdə elektrik qatarları istifadəyə verilmişdir: qərbdə Batainitsa, şimaldan Pançevo və Belqradın cənubundakı Resnik. Operativ idarəetmə mərkəzi Belqrad-Senter stansiyasında («Prokop» kimi tanınır) yerləşir. Bu vağzalın tikintisi hələ də tam olaraq bitməmişdir. Bu stansiya təkcə daxili deyil həm də beynəlxalq reysləri də qəbul etməli idi 7 iyul 1995-ci ildə Pancev Körpüsü stansiyasına gedən ən uzun tuneldə 2 yeraltı stansiya açılmışdır Xətlərdə əsasən Riqa Vaqonqayırma Zavodunda istehsal edilən ЭР31, ЭР35 elektrik qatarları və üç qapılı vaqonlardan istifadə edilir. Təkər oxu 1435 mm-dir. 2010-cu ildən etibarən köhnəlmiş Riqa qatarlarını yeniləri ilə əvəz etməyə başlamışlar Uzun müddət Beovoz xəttində intervallar yarım saatdan başlayırdı. Bu əsasən Pançev Körpüsü - Batainitsa xəttində müşahidə edilirdi. Digər xətlərdə isə gün ərzində bir neçə qatar göndərilir. Sistem şəhər sakinləri arasında məşhurluq qazanmasa da, şəhərətrafı sakinlər arasında böyük tələbatı vardı. 2007-ci ildə Beovozla təxminən 4,5 milyon sərnişin daşınmışdı. 2010-cu ildə Pançev Körpüsü-Yeni Belqrad hissəsi yenidən qurulmuş və BQ VOZ adlı yeni şəhər elektrik sisteminə daxil edilmişdir. Günün pik saatlarında interval 15 dəqiqə, digər vaxtlarda isə yarım saat olur. 2011-ci ildə Batainitsa stansiyasına gedən yollar yenidən qurulmuş və bu bölmə də yeni sistemə daxil edilmişdir. thumb|500px|center|ЭР31 elektrik qatarının təsvir diaqramı
Xətlər thumb 2012-ci il qrafikinə uyğun olaraq, aşağıdakı marşrutlar fəaliyyət göstərir: 1 xətt: Pançev Körpüsü — Pançevo Voylovisa 2 xətt: Belqrad-Senter (Prokop) — Ripan — Mladenovas 3 xətt: Pançevo Voylovisa — Valevo 4 xətt: Bataynisa — İnciya
İstinadlar
Qalereya
Mənbə Расписание поездов Beovozun xəritəsi
Kateqoriya:Serbiyada dəmiryol nəqliyyatı