Samara çayı () — Ukraynada yerləşir və Dnepr çayının qollarından biridir. Samara və Dnepr çaylarının birləşdiyi yerdə Dnepr adlı bir şəhər yerləşir. Uzunluğu 300 km olan çayın 22,600 km²-lik su hövzəsi vardır. Çay əriyən qar suları ilə qidalandığı üçün su səviyyəsi nizamsızdır. Çayın eni 40 ilə 60 m arasında dəyişir.
Samara Çayının ən böyük qolları Vovotsça və Byk çaylarıdır. Çay üzərində qurulmuş ən böyük şəhərlər Ternivka və Novomoskovsk şəhərləridir.
Hövzəsi Çayın uzunluğu 311 km-dir. Çayın maililiyi isə 0.33 m/km-dir. Çayın hövzəsinin sahəsi 22.660 km²dir. Vadi əsasən trapesiya, asimmetrik, bəzi bölgələrdə açıq ifadə edilmir. Su sərfi isə 17 m³/saniyədir. Qar suları ilə qidalanır. Dekabrın əvvəlində donur, Martın sonunda isə buzu açılır. Bəzən isə ilboyu donuşluq olur.
Mənbə Samara çayı. Çaya turist axını . "Poezdnik" Samara çayı sahili boyunca . "Skitalets" Samara çayının mənsəbi və mənbəyi . "Skitalets" Samara çayının xəritəsi, şəkillərlə daha ətraflı.