250px|right|thumb|Sherman M-51.
M50/51 Sherman (Isherman) M4 Sherman tankının yüksək enerjili Fransa istehsalı olan 75 mm-lik və CN-F1 105 mm-lik topla təkmilləşdirilmiş versiyalarıdır. İsrail Silahlı Qüvvələri tərəfindən 1950-ci illərdən 1980-ci illərə qədər istifadə edilmişdir.
Tarixi ABŞ-dən satın alınmış olan M4 Sherman tankları İsrail Silahlı Qüvvələrinin zirehli birlikləri tərəfindən 1950-ci illərdə xidmətə qəbul edilmişdir, İsrail heyətinin yeni çıxmış olan AMX-13 tankını təhlil etmək üçün Fransaya getməsindən sonra fransız 75 mm-lik tank topunun M4 Sherman tanklarına quraşdırılması fikri gündəmə gəlmişdir. Bu fikrə paralel olaraq yeni bir dizayn layihəsi başladılmışdır. Bu layihənin meyvəsi olan prototip modeli Fransadan İsrailə göndərildi. 1956-cı ilin mart ayında İsrail Silahlı Qüvvələrindəki ilk 50 ədəd M4 Sherman tanklarının Fransadan gətirilmiş olan 75 mm-lik topla İsraildə təchizatına başlanıldı və bu yeni variant M50 Sherman adını aldı. Yeni yaradılmış olan tankların ağırlığı artacağından Cummins motor və yeni asqı sistemi əlavə edilmişdi.
İstifadəçilər
Kateqoriya:Əlifba sırasına görə silahlar Kateqoriya:Tanklar Kateqoriya:İsrail texnikası