Şri-Lankada partlayışlar — 21 aprel 2019-cu il tarixində Şri-Lankanın paytaxtı Kolomboda, Neqombo və Battikaloa şəhərlərində baş vermiş terror hadisələridir.
Hadisə yerləri Son partlayışın paytaxt Kolombo yaxınlığında yerləşən "Dehivela" zooparkı ilə üzbəüz "Tropikal İnn" hotelində baş verdiyi bildirilir. Bundan əvvəl Kolombo, Neqombo və Battikaloa şəhərlərində yerləşən "Koççikade", "Katana" və "Battikaloa" kilsələrində, həmçinin paytaxtdakı beş ulduzlu "Sanqri-La","Çinnamon Qrand" və "Kinqsböri" hotellərində partlayışlar baş verib.Dünyanın gözü ORADA: 290 ölü, 500 yaralı . publika.az, 22.04.2019. +YerÖlüYaralıMüqəddəs Anthony Katolik Kilsəsi, Kochchikade, Kolomboən az 160Müqəddəs Sebastian Katolik Kilsəsi, Negomboən az 100 Sion Kilsəsi, Batticaloaen az 27ən az 300 Shangri-La Hotel, KolomboCinnamon Grand Hotel, Kolombo1 The Kingsbury Hotel, KolomboMount Lavinia Hotel, Dehiwala2Mahawila Gardens, Dematagoda3
Nəticələri + Ölkələrə görə qurban sayı Vətəndaşlıq Öldürüldü Yaralandı 254 400+ 5 1+ 5 3 2 222 11114??? ? Bilinmir 13+ Cəmi 290+ 500+
Partlayışlar nəticəsində azı 290 nəfər həlak olub, 469-dan artıq insan isə yaralanıb. Həlak olanlar arasında Danimarka, Yaponiya, Pakistan, Mərakeş, Hindistan, Banqladeş, Koreya Xalq Respublikası, Niderland, ABŞ, Türkiyə və Böyük Britaniya vətəndaşları da var. Ölkədə saat 18:00-dan başlayaraq səhər saat 6:00-a qədər komendant saatı tətbiq olunub, fövqəladə vəziyyət elan olunub. Silsilə partlayışlarda şübhəli bilinən 24 nəfər Şri-Lanka polisi tərəfindən saxlanılıb. Bundan başqa, yanlış məlumatların yayılmasının qarısının alınması məqsədilə ölkədə "Facebook" və "WhatsApp" da daxil olmaqla sosial şəbəkələrin və messencer xidmətlərinin fəaliyyəti blok edilib.
Reaksiyalar Hadisə ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev Şri-Lanka prezidenti Maytripala Sirisenaya başsağlığı verib.
Qeydlər
İstinadlar
Kateqoriya:21 apreldəki hadisələr Kateqoriya:2019-cu ildəki hadisələr Kateqoriya:2019-cu ildə Şri-Lanka Kateqoriya:Şri-Lankada terror hadisələri Kateqoriya:Avropafobiya