Laslo Köver (; ) — Macar siyasi xadim, Macarıstan Milli Məclisinin sədri
Həyatı Laslo Köver 29 dekabr 1959-cu ildə Macarıstanın Vesprem şəhərində anadan olmuşdur. 1987-ci ildə orta məktəb müəlliməsi Maria Beklə ailə həyatı qurmuş, cütlüyün 3 övladı dünyaya gəlmişdir.
Siyasi fəaliyyəti Laslo Köver 1988-ci ildə FİDES partiyasının qurucusu Viktor Orbanın hökumətində Mülki Kəşfiyyat Xidmətləri üzrə nazir vəzifəsində çalışmışdır. Köver 2000-ci ildə partiya rəhbəri seçilsə də 2001-ci ildə bu vəzifədən istefa verdi.
2010-cu ildə Pal Şmit Macarıstan prezidenti seçilərək Milli Məclisin sədirliyi vəzifəsindən getdi. Nəticə də Laslo Köver 2010-cu il avqustun 5-də Macarıstan Milli Məclisinin yeni sədri oldu.
2 aprel 2012-ci ildə Pal Şmit prezident vəzifəsindən istefa etdikdə Laslo Köver müvəqqəti olaraq prezident vəzifələrini icra etdi. 2012-ci il 10 may seçkilərində Yanoş Ader prezident olması ilə Köver əvvəlki vəzifəsinə geri qayıtdı.
İstinadlar
Kateqoriya:Macarıstan prezidentləri