Tarixi
1992-ci il iyulun 17-də Slovakiya Milli Şurası "Slovakiya millətinin dövlət müstəqilliyi haqqında" Bəyannaməni qəbul etdi. 1992-ci il sentyabrın 1-də isə Slovakiya Konstitusiyası qəbul edildi. Konstitusiyaya əsasən Slovakiya Prezidenti vəzifəsi təsis edildi. 1992-ci il iyunun 5-də və 6-da 150 nəfərdən ibarət olan Milli Şuranın qurulması üçün seçimlər baş tutdu. Seçimlərin nəticələrinə əsasən qurulan Milli Şura, iyunun 24-də Vladimir Meçiar Baş nazir vəzifəsinə seçdi. 1993-cü il yanvarın 1-də Slovakiya rəsmən dövlət müstəqilliyini elan etdi. Konstitusiyaya əsasən isə Slovakiya Prezidenti seçilənə qədər, onun bütün səlahiyyətlərinin icra edilməsi Baş nazir Vladimir Meçiara verildi.
Prezident seçimləri 1993-cü il yanvarın 26-da 1-ci turla, 27-də 2-ci turla, fevralın 15-də isə həlledici, 3-cü turla baş tutdu. Üç turdan ibarət olan seçimlərin nəticəsində Mixal Kovaç 5 il müddətinə Slovakiyanın Prezidenti seçildi. Onun andiçmə mərasimi martın 2-də baş tutdu. Mixal Kovaçın səlahiyyət müddəti 1998-ci il martın 2-də başa çatdı. Buna görə də 1998-ci il yanvarın 20-də Prezident seçimləri baş tutdu. Mixal Kovaç yenidən 5 il müddətinə Prezident seçilməməyi qərara aldı. Uzun müddət davam edən Prezident seçimlərinin nəticəsində bir nəfər belə 150 səsdən lazım olan 90 səsi toplaya bilmədi və dövlətdə böhran yaşandı. Martın 2-də səlahiyyət müddəti başa çatan Mixal Kovaçın səlahiyyətlərinin icra edilməsi Baş nazir Vladimir Meçiar verildi. Prezidentin seçimlərinin fonunda sentyabrın 25-də və 26-da Parlament seçimləri baş tutdu. Seçimlərin nəticərinə əsasən qurulan Milli Şura, noyabrın 1-də Miqulaş Dzurindanı Baş nazir vəzifəsinə seçdi. O, həm də parallel Prezidentində səlahiyyətlərini icra etməyə başladı. 1998-ci ilin son aylarında Milli Şura Prezidenti Parlamentin yox, vətəndaşların seçməsini məğbul hesab etdi. Mayın 15-də seçimlərin 1-ci turu, 28-də isə 2-ci turu baş tutdu. Nəticədə səslərin 57.20 faizini toplayan Rudolf Şuster 5 il müddətinə Slovakiya Prezidenti seçildi. Onun andiçmə mərasimi iyunun 15-də baş tutdu. Həmin gündən sonra, bütün Slovakiya Prezidentlərinin andiçmə mərasimnləri iyunun 15-də baş tutur.
Seçilmə qaydaları
Prezidentin səlahiyyət müddəti Prezidentin andiçmə mərasimi
Prezidentin rəmzləri Slovakiya Prezidentinin bayrağı
Prezidentin iqamətgahları thumb|356x356px|Prezidentin rəsmi iqamətgahı olan Qraşalqoviç Sarayı Prezidentin rəsmi iqamətgahı Bratislava şəhərində yerləşən Qraşalqoviç Sarayıdır. Saray 1760-cı ildə Qraf Anton Qraşalqoviç tərəfindən inşa edilib. Sarayın memarı isə Andrey Mayerhofer idi.
Qraşalqoviç Sarayında 1993-cü ildən 1996-cı ilə qədər əsaslı yenidənqurma işləri aparıldı. Üç il davam edən işlərə 9.30 milyon avro vəsait xərclənildi.
Prezidentin Sarayda olduğu iş günlərində, Sarayın əsas girişində saat 8.00-da 18.00-a qədər Qarovulun dayanır. Qarovulun növbə dəyişimi 60 dəqiqədə bir dəfə baş tutur.
Prezidentin rəsmi iqamətgahı olan Qraşalqoviç Sarayında il ərzində bir dəfə açıq qapı günü baş tutur. Bu gün dövlət Prezidentlərinin andiçmə mərasimlərinin baş tutduğu 15 iyundur.
Prezidentlərin siyahısı 55x55px Vladimir Meçiar (1942—)180x180px1 yanvar 19932 mart 19932 ayKonstitusiyaya əsasən Baş nazir, Prezident seçimlərinə qədər Prezidentin səlahiyyətlərini icra edibMixal Kovaç (1930–2016)176x176px2 mart 19932 mart 19985 il1993-cü il fevralın 15-də baş tutan seçimlərdə 106 səs topladıVladimir Meçiar (1942—)180x180px2 mart 19981 noyabr 19988 ayKonstitusiyaya əsasən Baş nazir, Prezident seçimlərinə qədər Prezidentin səlahiyyətlərini icra edibMiqulaş Dzurinda (1955—)168x168px1 noyabr 199815 iyun 19997 ay 15 günKonstitusiyaya əsasən Baş nazir, Prezident seçimlərinə qədər Prezidentin səlahiyyətlərini icra edibRudolf Şuster (1934—)165x165px15 iyun 199915 iyun 20045 il1999-cu il mayın 30-da baş tutan seçimlərdə səslərin 58,18 % topladıİvan Qaşparoviç (1941—)134x134px15 iyun 200415 iyun 20095 il2004-cü il aprelin 17-də baş tutan seçimlərdə səslərin 60,00 % topladı15 iyun 200915 iyun 20145 il2009-cu il aprelin 4-də baş tutan seçimlərdə səslərin 55,54 % topladıAndrey Kisqa (1964—)154x154px15 iyun 201415 iyun 20195 il2014-cü il martın 30-da baş tutan seçimlərdə səslərin 60,40 % topladıZuzana Çaputova (1974—)160x160px15 iyun 2019hal-hazırda 15 iyun 20245 il2019-cu il martın 30-da baş tutan seçimlərdə səslərin 40,80 % topladı
Prezidentlərin müddəti
Həmçinin bax
Qeydlər İstinadlar
Kateqoriya:Slovakiya prezidentləri