thumb|Zorbalığa məruz qalan məktəbli

Zorbalıq, bulliyinq (həmçinin bullinq; ) və ya qısnama — şəxsin və ya şəxslər qrupunun digər şəxs və ya şəxslər qrupuna qarşı yönəlmiş, qəsdən və təkrarlanan xarakter daşıyan, fiziki və ya psixoloji güc tətbiqi ilə müşayiət olunan, qeyri-bərabər güc münasibətlərinə əsaslanan davranış forması.

Zorbalıq anlayışın müxtəlif izahları var. Birləşmiş Krallıqda zorbalığın hüquqi izahı olmasa da, ABŞ-nin bəzi ştatlarında zorbalığa qarşı qanunlar var. Zorbalıq əsas dörd növə bölünür — emosional (bəzən əlaqəli kimi qeyd olunur), şifahi, fiziki və kiber.

Zorbalıq fərdi və ya qruplaşma forması ala bilər. Zorbalıq mədəniyyəti insanların bir-biri ilə qarşılıqlı olduğu hər hansı bir kontekstdə inkişaf edə bilər. Zorbalıq adətən məktəbdə, ailədə, iş yerində, evdə və qonşuluqda mövcud olur. Zorbalıq üçün əsas platforma sosial şəbəkə saytlarıdır.

İndividual zorbalıq 4 növə sinifləndirilə bilər. Kollektiv zorbalıq toplu formada zorbalıq kimi bilinir və individual zorbalığın hər hansısa növünü də əhatə edə bilər.

Fiziki, sözlü və əlaqəli zorbalıq ibtidai məktəblərdə çox geniş yayılmışdır və fərdin həyatının sonrakı mərhələlərində də müşahidə edilə bilər. Kiberzorbalığın ibtidai məktəbdən çox orta məktəbdə daha geniş yayılması bildirilir.

Zorbalıq edən şəxs bəzən bir neçə şəxs ola bilər. Bunlardan biri bu zorba qrupun rəhbəri və ya "leytenant"ı ola bilər. Zorbalıq bu formanı aldıqda, yəni bir şəxsin formalığı formasından çıxaraq bir qrupun bir hədəfə və ya hədəflərə qarşı zorbalığına keçirsə, onun qarşısını almaq daha da çətinləşir. Robert V. Fuller zorbalığın iyerarxik və ya rütbəlik yönlərini araşdırmışdır. Məktəbdəki və iş yerindəki zorbalığa isə "yaşıd təzyiqi" də deyilir. Norveçli araşdırmaçı Dan Olveus bildirir ki, zorbalıq o zaman meydana çıxır ki, bir şəxs aşkar formada digər bir şəxsi və ya şəxsləri incitməyə çalışır. Bu sözlü, fiziki və s. zorbalıq formasında baş verə bilər.

2012-ci ildə ABŞ-dəki kişi futbolçular arasında aparılmış araşdırma zamanı futbolçuların əksəriyyəti bildirmişdilər ki, oyunçunun zorbalığını təhrik edən ən böyük faktor oyunçunun həyatındakı ən əhəmiyyətli kişinin keyfiyyətləridir. Yəni, bu şəxsin zorba şəxs olması oyunçunun da bu istiqamətdə getməsinə çox təsir edir.

Zorbalıq zamanı hədəf şəxsə fiziki ziyan, sözlü ziyan, mənəvi ziyan verilə bilər. Bu cür davranışların rasionallaşdırılması bəzən sosial sinif, irq, din, cinsiyyət, cinsəl yönəlim, görünüş, davranış, bədən dili, şəxsiyyət, etibar, soy, güc və ya bacarıq fərqliliklərini əhatə edir. Zorbalıq bir qrup tərəfindən edilirsə ona mobbinq deyilir.

İndividual İndividual zorbalıq bir şəxs tərəfindən bir hədəfə və ya hədəflərə qarşı edilir.

Fiziki zorbalıq Bu cür zorbalıqda hər hansısa şəxsin bədəni və ya əmlakı ziyan görür. Oğurlamaq, itələmək, vurmaq, döyüşmək və əmlaka ziyan vermə fiziki zorbalığın növlərindəndir. Nadir hallarda fiziki zorbalıq şəxsin qarşılaşdığı ilk zorbalıq forması olur. Çünki zorbalıq bir çox hallarda digər formalarda başlayır və fiziki zorbalığa doğru inkişaf edir. Fiziki zorbalıq zamanı zorbalıq edən şəxsin əsas hədəfi qarşı tərəfin bədənidir. Bu hallar daha çox yeniyetmə əhatələrdə hər hansısa şəxsin kənarlaşdırılması zamanı baş verir. Bu tez bir zamanda bir şəxsin məsxərəyə salındığı, işğəncəyə məruz qaldığı və döyüldüyü vəziyyətə çevrilir. Fiziki zorbalıq tez bir müddətdə artır və sonda böyük zərərlə nəticələnə bilər. Buna görə də zorbalıq peydə olduğu halda digər şəxslər tərəfindən dayandırılmalıdır.

Sözlü zorbalıq Bu zorbalıq növü danışıq yolu ilə həyata keçirilir. Şayiələrin yayılması, kimisə qorutmaq, başqalarını məsxərəyə salmaq və s. sözlü zorbalığın fomalarındandır. Sözlü zorbalıq zorbalığın ən geniş yayılmış formalarından biridir. Bu zorbalıq növündə zorbalıq edən şəxsin əsas silahı onun səsidir. Bir çox vəziyyətlərdə sözlü zorbalıq hər iki cinsdə də müşayiət olunur. Lakin qadınlar buna etməyə daha çox meyillidirlər. Qadınlar kişilərlə müqayisədə incə formada incitməyə daha meyillidirlər. Qadınlar sözlü zorbalıqdan sosial xaricetmə texnikası kimi istifadə edərək, digər şəxslər üzərində öz nəzarətlərini və dominantlıqlarını qurmaq üçün, öz hakimiyyətlərini və güclərini göstərmək üçün istifadə edirlər. Lakin bu kişilərdə də müşayiət olunur. kişilər bundan daha çox fiziki zorbalıq zamanı yarana biləcək zərərlərdən qaçınmaq üçün istifadə edirlər.

Əlaqəli zorbalıq Bu kiminsə nüfuzuna və ya sosial vəziyyətinə xələl gətirmək niyyəti ilə həyata keçirilən zorbalıqdır. Bu zorbalığın həyata keçirilmə texnikasına sözlü və ya fiziki zorbalıq metodları da daxil ola bilər. Əlaqəli zorbalıq gənclər arasında, xüsusilə də qızlara yönəlik yayqın zorbalıq növüdür. Əlaqəli zorbalıqdan öz sosial vəziyyətini düzəltmək və digərlərini nəzarətdə saxlamaq üçün istifadə edilə bilər. Fiziki zorbalığın əksinə olaraq, əlaqəli zorbalıq açıq formada hiss olunmur və nəzərə çarpmadan uzun bir müddət davam edə bilər.

Kiberzorbalıq Kiberzorbalıq başqa birini qorxutmaq, təhdid etmək, utandırmaq və ya hər hansısa səbəbə hədəf almaq üçün texnologiyanın istifadə edilməsinə deyilir. Yetişkin şəxsdən söhbət getdiyi halda, hüquqi nəticələri ola biləcək cinayət olan kiber təcavüz nəzərdə tutulur və bunu edən şəxs həbs edilə bilər. Buna elektron məktublar, yazışmalar, sosial şəbəkələr, məktublaşmalar və telefon zəngləri daxildir.

Kollektiv Kollektiv zorbalıq birdən çox şəxslər tərəfindən bir hədəfə və ya hədəflərə qarşı həyata keçirilir. Sosial mediada fəaliyyət göstərən trollar bəzən kənardan baxan şəxslər tərəfindən fərdi fəaliyyət göstərən insanlar kimi görünsə də, əksər hallarda onlar sponsorlu astroturferlər tərəfindən yönləndirilən şəxslərdir.

Mobbinq Mobbinq () bir şəxsin hər hansı bir kontekstdə, məsələn, bir ailə, həmyaşıdlar qrupu, məktəb, iş yeri, qonşuluq, icma və ya onlayn olaraq bir qrup tərəfindən təhqir edilməsinə deyilir.Mobbing: Emotional Abuse in the American Workplace by Noa Davenport, Ruth D. Schwartz and Gail Pursell Elliott.

İngiliscə bu anlama mobbing deyilir. İngiliscəyə latıncadan keçmişdir, psixoloji şiddət, təzyiq, rahatsız etmə və ya sıxıntı vermə mənalarını verir. Ən yaxşı ifadə edən anlamı ilə sındırma və ya iş yerində psixoloji terror. Xüsusilə, iyerarxik təşkilatdırılmış qruplarda və nəzarətin zəif olduğu təşkilatlarda, gücü əlində saxlayan şəxsin ya da qrupun, digərlərinə psixoloji yollardan uzun müddətli sistematik təzyiq tətbiq etməsidir. Son dövrdə sosioloji və hüquq başda olmaqla, müxtəlif sahələrdə disiplinlər arası çalışılan mövzu halına gəlmişdir.

Tərs mobbinq () tabeli şəxslərin və ya qrupların tabe olduqları şəxslərə və ya qruplara özlərinə qarşı edilən bezdirmə nəticəsində və ya siyasi oyunlar nəticəsində məqsədli şəkildə psixoloji təzyiq etmək, işdən ayrılmadan əlavə, üstün iyerarxik vəziyyəti pozmağı hədəfləyən sındırma hərəkətidir. Tərs mobbinqin tətbiqində ən geniş yayılmış üsul sabotaj etmə, təlimatlara uymama, bilərək səhv iş görmək, yalan şayiələr yayma və məlumat gizləmə kimi hərəkətlərdir.

Bu zorbalıq növünün ingiliscə qarşılığı olan mobbing sözü əvvəllər uşaqların bir-biriləri ilə olan zorbalıq əlaqələrini ifadə etmək üçün istifadə edilmişdir. İş yerlərində də 1950–1960-cı illərdə edilən araşdırmalar bunun sadəcə uşaqlar arasında yaşanmadığını ortaya qoymuşdur.

Bu duyğusal bir hücumdur. Yaş, irq, cinsiyyət fərq etmədən təzyiq, narahat etmə və pis davranış yolu ilə hər hansı şəxsə yönələn hücumdur. Bu şəxsi iş həyatından xaric etmək məqsədilə bilərək edilir. Şəxsin hörmətsiz və zərərli davranışın hədəfi olması ilə başlayar. İç sahibi söz eşitdirmə və məsxərəylə qarşısındakının cəmiyyətdəki etibarını zədələməyə yönələn atmosfer yaradaraq həmçin şəxsi işdən getməyə məcbur edir.

Bir araşdırmaya görə mobbinq mənfəət məqsədi güdməyən qurumlarda, məktəblərdə və səhiyyə sistemində də yayılmışdır. Yüksək işsizlik göstəriciləri və bununla əlaqədar işçinin dəyərsiz görülməsi bunun daha da yayılmasına münbit şərait yaradır. Nəticə olaraq müxtəlif iş yerlərində və müxtəlif qurumlarda rast gəlinir. Təşkilatı baxımdan zəif olan iş yerlərində intizam gətirmək, faydalılığı artırmaq, refleksləri şərtləndirmə irəli sürülərək edilməkdə və legitimləşdirilməkdədir.

Psixoloq Maykl H. Harrison yaxın zamanda ABŞ-də 9.000 işçidən çox edilən araşdırmada qadın işçilərin 42 faizinin, kişi işçilərin isə 15 faizinin son iki ildə zorbalığa məruz qaldığını, bunun itirilmiş zaman və faydalılıq baxımından 180 milyon dollara başa gəldiyini hesabladığını bildirmişdir. Leymann İsveçdəki intiharların 15 faizinin bundan qaynaqlandığını bildirmişdir.

Xarakteristikalar

Zorbalar və ortaqları Araşdırmalar qınqanclıq və incikliyin zorbalıq üçün əsas ola biləcəyini göstərmişdir. Zorbaların daxili aləmləri ilə bağlı aparılan araşdırmaların nəticələri ziddiyətlidir və birmənalı deyildir. Bəzi zorbalar kibirli və narsist olduğu halda, onların zorbalıqdan öz utanclarını, narahatlıqlarını gizləmək, özlərinə hörməti artırmaq üçün istifadə etdikləri ortaya çıxmışdır. Zorbalar qısqanclıq etdiklərinə və ya özləri də zorbalığa məruz qaldıqlarına görə zorbalıq edirlər. Psixoloq Roy Baumeyster iddia edir ki, pis davranışa meyilli insanlar daha şişirilmiş, lakin həssas eqoya sahibdirlər. Özləri haqqında çox düşündükləri üçün tənqidlər və başqalarının hörmətsizliklərindən tez-tez narahat olurlar və buna şiddət göstərməklə, təhqir etməklə cavab verirlər. Araşdırmaçılar depresiya və şəxsiyyət pozğunluğu kimi digər risk faktorları ilə yanaş, əsəb və güc tətbiq etməyə meyillilik, təcavüzkar davranışlara bağımlılıq, başqalarının hərəkətlərini düşməncə qəbul etmə, öz avtoritetini qorumaqla maraqlanma və ya sərt hərəkətlər etmə kimi risk faktorlarını da müəyyən etmişdirlər. Bu faktorların kombinasiyası da bu davranışa yol aça bilər. Gənclərlə bağlı bir araşdırmada göstərilmişdir ki, antisosial davranışlar və depressiya gənclər arasındakı şiddətin əsas tətikləyicisidir. Video oyunlar və televiziya bu davranışlar da tətikləyici rol oynamır.

Zorbalıq genetik meyillilikdən və ya zorbanın beynindəki hansısa anormallıqdan da qaynaqlana bilər. Valideynlər körpələr yeriməyə başladığı vaxtdan etibarən onların davranışına nəzarət edir və yön verir, lakin bəzi uşaqlar özlərində bu qabiliyyəti inkişaf etdirə bilmirlər. Bu onların ailələrindən, ətrafdakı faktorlardan, stresli ev həyatından və düşməncə münasibətlərdən və s. qaynaqlanır. Bəzi araşdırmaçılara görə, zorbalar neqativdirlər və akademik olaraq yetərlilikləri aşağı səviyyədə olur. Dr. Kuuk deyir ki, "tipik zorbanın digərləri ilə problemləri həll etməklə və akademik məsələlərlə bağlı problemləri vardır. O, adətən digərləri ilə neqativ davranışa və inama sahib olur. Onun neqativ hissləri konfliktlərlə və kasıblıqla xarakterizə olunan ailə həyatından (valideynlərdən), məktəbdən və oradakı yaşıdlardan qaynaqlanır."

Bunun əksinə olaraq bəzi araşdırmaçılar iddia edir ki, zorbalar psixoloji olaraq çox güclüdürlər və yaşıdlarına nisbətən daha yüksək sosial statusa malikdirlər. Onların hədəfləri isə daha stresli və sosial olaraq marjinallaşanlardır.Juvonen (2003) Bullying Among Young Adolescents: The Strong, the Weak and the Troubled in Pediatrics, December 2003, Yaşıd qrupları adətən zorbanın etdiklərini dəstəkləyər və yaşıd qruplarının üzvləri də məsxərəyə salma, zərər vermə və s. kimi davranışlarda da birləşərlər. Araşdırmaçıalr zorbaların çox az bir hissəsinin məktəbə getməyi xoşladığını və ən az xəstələnmə günləri keçirdiyini bildirirlər. Həmçinin, avtoritar şəxsiyyətə sahib olan zorbada gücə ehtiyac və nəzarət etmə, dominantlıq istəyi kombinasiyalı vəziyyətdə olur.

İzləyicilər