Andryus rayonu () — Amerika Birləşmiş Ştatlarının Texas ştatında yerləşən rayon. 2000-ci ildə bu rayonda 13 004 nəfər yaşayırdı. 2008-ci ildə ABŞ siyahıyaalma bürosunun qiymətləndirməsinə görə, rayonun əhalisi artaraq 13 645 nəfər olmuşdur."State & County QuickFacts". United States Census Bureau. İstifadə tarixi: 8 Dekabr, 2013. Rayonun mərkəzi Andryus şəhəridir. Andryus Rayonu Texasın 46 "quru" rayonlarından biridir, yəni burada da digər rayonlar kimi "quru qanun" fəaliyyət göstərir."Find a County". National Association of Counties. Bu mənbədən 31 may, 2011 tarixində arxivləndi. İstifadə tarixi: 2011-06-07.
Tarixçəsi Andryus rayonu 1876-cı ildə Texas qanunvericiliyinin 15 nömrəli fərmanı ilə yaradılmışdır. Bu rayon 1835-ci ildə Texas müstəqillik müharibəsində həlak olmuş ilk şəxs – Riçard Andreyevin (ing. Richard Andreev) şərəfinə adlandırılmışdır. 1890-cı ilə qədər rayon ərazisində əsasən rançonun sahibi, hərbi işçilər və hindilər (Anasazi, Apaçi və Komançi) yaşamışlar."Texas: Individual County Chronologies" . Texas Atlas of Historical County Boundaries. The Newberry Library. 2008. İstifadə tarixi 20 May, 2015.
1917-1918-ci illərdə qar fırtınaları və güclü quraqlıqdan ciddi zərər çəkmiş rayon əhalisinin yarıdan çoxu azalmışdır. Ancaq 20 və 30-cu illərdə əhalinin sayı pambıq və sorqo istehsalının dirçəldilməsi ilə tədricən bərpa olundu. Bundan başqa, 20-ci illərin sonunda "Deep Rock Oil" neft şirkətinin fəhlələrinin tətilindən sonra ətrafda neft sənayesi inkişaf etməyə başladı. 40-cı və 50-ci illərdə Andryus rayonunun ərazisində 100-dən artıq yeni neft yatağı tapılmışdır ki, nəticədə rayon əhalinin və rifahın görünməmiş artımı yaşandı. 70-ci illərdə qeyri-neft zavodları yaranmağa başladı."2010 Census Gazetteer Files" . United States Census Bureau. August 22, 2012. İstifadə tarixi: 18 Aprel, 2015.
Coğrafiyası ABŞ siyahıyaalma bürosunun məlumatına görə, Andryus rayonunun sahəsi 3888 km2, bunlardan 3887 km2— quru və 1 km2— su səthi (0,02%) təşkil edir.
Əhali Əhalinin siyahıya alınmasına görə 2000-ci ildə Andryus rayonunda 13 004 nəfər yaşayırdı, 4601 ev təsərrüfatı və 3519 ailə var idi. Əhalinin sıxlığı km2-də təxminən 3 nəfərdir. Əhali arasında ağlar 77,08%, qara və ya Afrikalı amerikalılar 1,65%, hindilər 0,88%, asiyalılar 0,71%, avstraliyalılar 0,02% və digər irqi növlər – 16,79% vardır. Əhalinin 40%-i ispan və ya latın amerikalılarıdır.
Rayondakı yaş kateqoriyaları üzrə göstəricilər aşağıdakı kimi olmuşdur:
31,5% - 18 yaşadək sakinlər, 8,1 – 18-dən 24 yaşadək, 27,3% - 25 yaşdan 44 yaşadək, 20,5% - 45-dən 64 yaşa qədər və 12,5% - 65 yaşdan çox sakinlər.
Orta yaş 34 yaşdır. Hər 100 qadına 96,3 kişi düşür.
İstinadlar
Kateqoriya:Texas Kateqoriya:Texas dairələri Kateqoriya:1910-cu ildə yaranmış dövlətlər və ərazilər