Ömər Fazil oğlu Paşayev (28 mart 1988-ci il, Bakı, Azərbaycan SSR, SSRİ) — FİFA kateqoriyalı Azərbaycanlı futbol hakimi. 2017-ci ildən beynəlxalq oyunları idarə edir.Referees FIFA — Men Azerbaijan

Bioqrafiya Ömər Paşayev 1988-ci il martın 28-də Bakı şəhərində anadan olub. 1994–2005-ci illərdə Bakı şəhəri 32 nömrəli tam orta məktəbdə oxuyub. 2006–2008-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında xidmət etmişdir. 2009–2012-ci illərdə Moskva Dövlət Açıq Universitetinin Menecment və İdarəetmə fakültəsində təhsil alıb. 2010–2013-cü illərdə fitneslə yanaşı model fəaliyyəti ilə məşğul olub.

Peşəkar karyera 2012-ci ildə AFFA-nın — Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının hakimlik kurslarına qatıldı. 16 avqust 2012-ci il tarixində ilk (respublika) kateqoriyada hakim seçildi.

2017-ci il yanvarın 1-dən FİFA-nın beynəlxalq dərəcəli hakimidir. 2017-ci ilin iyun ayının əvvəlində baş hakim kimi ilk təyinatını aldı. Belarusiya və San Marinonun milli komandaları arasında Gənclər (U-21) Dünya Çempionatının seçmə mərhələsini idarə etdi.

Statistika Məlumatlar 25 oktyabr 2017 tarixindən etibarən. Turnir (mövsüm / il)Matçlar10px10px Topaz Premyer Liqası 2012/2013 1 6 0 2013/2014 12 45 2 2014/2015 15 81 4 2015/2016 23 78 7 2016/2017 11 41 0 2017/2018 5 14 0 Azərbaycan Kuboku2013/2014 1 2 02015/2016 1 2 02016/2017 2 1 0 UEFA Avropa Liqası2016/2017 1 2 0 Gənclər arasında Avropa Futbol Çempionatı2019 2 9 0Ümumi 74 281 13

Son oyunları TarixTurnirOyun10px10pxPenalti 22 oktyabr 2017 Azərbaycan Premyer Liqası 2017/2018 Qəbələ 1:0 Qarabağ 4 (1–3) 0 0 29 sentyabr 2017 Azərbaycan Premyer Liqası 2017/2018 İnter 0:2 Neftçi 3 (2–1) 0 0 9 sentyabr 2017 Azərbaycan Premyer Liqası 2017/2018 Qəbələ 1:1 Zirə 1 (1–0) 0 1 (1–0) 5 sentyabr 2017 2019 Gənclər arasında Avropa Futbol Çempionatı, Elit raund İsveç 4:1 Kipr 5 (3–2) 0 0Match info Under-21 Sweden-Cyprus 26 avqust 2017 Azərbaycan Premyer Liqası 2017/2018 Zirə 3:1 Sumqayıt 3 (2–1) 1 (1–0) 0

Həmçinin bax Referee Omar Pashayev on footballdatabase.eu

Mənbələr Omar Pashayev Record of all refereed matches Referees — Omar Pashayev

İstinadlar

Kateqoriya:Azərbaycan futbol hakimləri Kateqoriya:UEFA Avropa Liqası hakimləri Kateqoriya:Bakıda doğulanlar