Məsumiyyət Muzeyi (tur. Masumiyyet Müzesi) - 29 Avqust 2008-ci ildə Nobel mükafatına layiq görülən Türk yazar Orxan Pamukun romantik janrda"Masumiyet Müzesi'nin kapıları açılıyor". Milliyet Gazetesi. 7 Fevral 2015 tarixində bu mənbədən arxivləndi. Yayımlanma tarixi: 2 Sentyabr 2008. yazılmış məhəbbət romanıdır. Yazıçının on illik zəhmətinin nəticəsi olan və qızı Rüya Pamuka ithaf etdiyi roman gündəlik həyat, rəssamlıq, dostluq, sevgi münasibətləri, tənhalıq, xoşbəxtlik, qəzet və televiziya, ailə kimi mövzulara toxunur. Əsər 2008-ci ildə Türkiyədə satışa çıxdıqdan sonra ilk üç gün ərzində ən çox satılanlar siyahısında birinci yerə yüksəlmişdir. İletişim Nəşriyyat Evi tərəfindən nəşr edilmişdir. 1975-ci ildə başlayan hekayə, tekstil sahəsində varlı olan Basmacı ailəsinin oxumuş 30 yaşındakı oğlu Kamal ilə uzaq qohumları, kasıb Keskin ailəsinin 18 yaşlı gözəl qızı, satıcı işləyən Füsun arasındakı sevgidən bəhs edir. Romanın tərcümə hüquqları, kitab təqdim edilmədən qabaq satıldı və Türkiyədən sonra ilk dəfə Almaniyada "Das Museum der Unschuld" adıyla yüz min ədəd basılacağı bildirildi. New York Times tərəfindən"2009'un en iyi kitapları". New York Times fakat Taraf üzerinden alındı. 2 Dekabr 2009 tarixində bu mənbədən arxivləndi. Yüklənmə tarixi: 9 Dekabr 2009. "2009-cu ilin ən yaxşı kitabları" siyahısına daxil edilmişdir.Masumiyet Müzesi Haberleri - 24 Fevral 2012 tarixində bu mənbədən arxivləndi. Yüklənmə tarixi: 26 Avqust 2008. Orxan Pamuk, həyatı boyunca topladığı əşyaları, İstanbulda roman ilə eyni adlı muzeydə nümayiş etdirir. Məsumiyyət Muzeyi 28 aprel 2012-ci ildə açılmışdır. Yazıçının şəxsi vəsaiti ilə yaradılan bu muzey Çukurcuma səmtində yerləşən, 1897-ci ildə tikilmiş üçmərtəbəli tarixi binadadır..Kavak, Ceyda (17 Nisan 2012). "Masumiyet Müzesi nihayet açılıyor".Sabir Fikir. 29 İyun 2013 tarixində bu mənbədən arxivləndi. Yüklənmə tarixi: 21 Aprel 2012. Yazılma tarixçəsi Kitabın ideyası yazıçı bu romanı yazmağa başlamazdan təxminən on il əvvəl yaranmışdır. “Qar” romanını nəşr etdikdən sonra bu əsəri yazmağa başlasa da, bir ildən sonra ara verərək “İstanbul: Xatirələr və Şəhər” adlı xatirələrini yazmışdır. Daha sonra yenidən bu romana qayıtmış və ümumilikdə yeddi il üzərində işləmişdir. Nobel mükafatından sonra proqramının sıx olması səbəbilə kitabın nəşri gecikmişdir. Yazıçı kolleksiya və muzey mövzularını daha yaxşı işləmək üçün muzeyçilik tarixini araşdırmış, Avropa və Asiyada bir çox muzeyləri ziyarət etmişdir. Kitabın üz qabığı yazıçının topladığı köhnə fotoşəkillərdən hazırlanmış kollajdan ibarətdir. Ön hissədə 1950–60-cı illərə aid, qəhrəmanlara bənzəyən şən bir qrupun üstüaçıq Amerika avtomobili ilə gəzdiyi təsvir olunur, arxa planda isə İstanbul görünür. Arxa qapaqda isə yazıçının Fransız rəssam Gustav Moreau muzeyində qızı tərəfindən çəkilmiş fotosu yer alır. Nobel mükafatından sonra proqramın intensivliyi səbəbindən kitabın nəşri gecikdirildi. Müəllif, romanını saxlamaq və toplamaq ilə bağlı romanın hissələri üçün muzey tarixini araşdırdı. Avropada və Asiyadakı bir çox muzeyi gəzmişdi. Nəşr prosesi Kitab çap olunmadan əvvəl iki bölümü “Sabah” qəzetində dərc edilmişdir. 29 avqust 2008-ci ildə kitab şəklində yayımlanmışdır və ilk çapda 100 min nüsxə buraxılmışdır. Tərcümə hüquqları 30-dan çox dil üçün əvvəlcədən satılmışdır. Əsərin ilk təqdimatı Vyanada Burgtheater teatrında keçirilmişdir. Orhan Pamuk burada romanın bəzi hissələrini oxuyaraq əsərin “sinfi fərqlər üzərində qurulmuş bir sevgi hekayəsi” olduğunu bildirmişdir. Roman ilk olaraq Türkiyədən sonra Almaniyada “Das Museum der Unschuld” adı ilə nəşr olunmuşdur. ABŞ-da 20 oktyabr 2009-cu ildə “The Museum of Innocence” adı ilə çap edilmiş və “New York Times” tərəfindən ilin ən yaxşı kitabları siyahısına daxil edilmişdir. İngiltərədə isə 2010-cu ilin yanvar ayında “Waterstone’s” tərəfindən ayın kitabı seçilmişdir. Ekranlaşdırması “Masumiyyət Muzeyi” romanı əsasında 2026-cı ildə televiziya serialı çəkilmiş və Netflix platformasında yayımlanmışdır. Serialda Selahattin Paşalı (Kemal), Eylül Lize Kandemir (Füsun), Oya Unustası (Sibel), Onur Ünsal (Zaim), Tilbe Saran (Vecihe), Ercan Kesal (Tarık bəy), Gülçin Kültür Şahin (Nesibe), Bülent Emin Yarar (Mümtaz), Tolga İskit (Osman) və Zeynep Dinsel (Berrin) rol almışdır. Serial dövrün atmosferini əks etdirən dekorasiya və kostyumları ilə seçilir. Televiziya formatına uyğunlaşdırmaq üçün bəzi hadisələrdə dəyişikliklər edilmişdir və Orhan Pamukun layihədə məsləhətçi kimi iştirak etdiyi bildirilir. Sujet xətti Tekstil maqnatı Basmacı ailəsinin 30 yaşlı oğlu Kamalın Sibel ilə nişanlanmağa hazırlaşırdı. Sibel üçün çanta almaq məqsədilə getdiyi mağazada illərdir görmədiyi 18 yaşlı uzaq qohumu Füsun ilə qarşılaşır. Füsundan təsirlənən Kamal zamanla onunla görüşməyə başladı. Füsun satıcı işləməklə yanaşı universitet imtahanlarına hazırlaşır və Kamal ilə birlikdə riyaziyyat dərsləri keçir. Günlərlə davam edən görüşləri Kamalın Sibel ilə nişanlanmasından sonra kəsilir. Kamal Füsunu Merhamet Apartmanındakı görüşdükləri evdə hər gün eyni saatda gözləməyə başlayır, lakin Füsun gəlmir. Ona çata bilməyən Kamal bədbəxt günlər keçirir, Sibel ilə ayrılır və Füsunla birlikdə olduğu evdə onun əşyaları ilə yaşayır. Kamalın atasının ölümündən sonra Füsunun yeni ünvanını bildirən bir qeyd gəlir. Kamal ora gedəndə Füsunun evləndiyini öyrənir. Füsunun əri Feridun onu uşaqlıqdan sevən, kök və mehriban, işsiz bir gənc kinorejissordur. Zamanla Kamal Füsunların evinə gedib-gəlməyə başlayır və anlayır ki, Füsunun onunla əlaqə saxlamasının səbəbi ərinin çəkəcəyi film üçün pul ehtiyacıdır. Kamal Füsunla əlaqəni itirməmək üçün filmi maliyyələşdirməyə razı olur. Axşamlar birlikdə yay kinoteatrlarına gedirlər. Füsun Kamalı evə dəvət etsə də, ona yaxınlıq göstərmir. Bəzən qısa yaxınlaşmalar olsa da, keçmişlərinə dair heç bir işarə verməməsi Kamalı uzaqlaşdırmır. Füsunun anası Nesibe xanımın, bu evliliyin yalnız namusu qorumaq üçün qurulmuş müvəqqəti bir münasibət olduğunu deməsi və səbir etsə, gec-tez Füsunla birlikdə olacağını deməsi Kamala ümid verir. Kamal zamanla Füsunu itirmək qorxusu ilə ona aid əşyaları gizlicə toplayır, bunun əvəzində isə evə bahalı hədiyyələr gətirir. Kamal Füsunun baş rolda çəkiləcəyi film üçün Limon Film şirkətini yaradır. Lakin nə Kamal, nə də Feridun Füsunun filmdə oynamasını istəmir, çünki Pelürdəki kino mühitinə güvənmirlər. Bunun əvəzinə sonradan Feridunun aşiq olub birlikdə yaşamağa başladığı Papatyanı seçirlər. Film uğur qazanır, amma Feridun evə gəlməz olur, onunla Füsunun evliliyi dağılır. Kamal isə bundan razıdır, çünki sonda Füsunla birlikdə olacağını düşünür. Füsunun atasının ölümündən sonra münasibətləri ciddiləşir. Füsun Kamalın onu ailəsinə təqdim etməsini və rəsmi şəkildə evlənməyi şərt qoyur. Nişandan sonra Parisə getmək üçün yola düşürlər. Babaeski yaxınlığında baş verən qəza nəticəsində Füsun ölür, Kamal isə ağır yaralanır. Sağaldıqdan sonra Kamal illərlə topladığı əşyalar üçün muzey açmağa qərar verir və 5723 muzey ziyarət edir. Füsunların evini muzeyə çevirir və onun kataloqunu roman şəklində yazmaq üçün Orhan Pamuk ilə əlaqə saxlayır. Romanın sonunda söz yazara verilir və Kamalın ölümündən bəhs edilərək kitab “Hər kəs bilsin, çox xoşbəxt bir həyat yaşadım” sözləri ilə tamamlanır. Bu əsər Masumiyet Müzesi adlanır. Tənqidlər Ədəbiyyat tənqidçisi Pakizə Barışta Masumiyet Müzesi haqqında yazdığı məqalədə qeyd edir ki, romanda bəzən duyğuların həddindən artıq şişirdilməsi, bəzən isə hadisələrin şişirdilmiş forması müşahidə olunur. O, insan reallığı ilə qurulmuş bədii reallıq arasındakı uyğunsuzluğun əsərin poetikasına zərər verdiyini, Kamalın sevgisinin isə süni şəkildə gücləndirilmiş göründüyünü bildirir. Tənqidçi belə bir sual ortaya qoyur: bu əsərdə dəli kimi aşiq olmaq halı varmı, yoxsa sadəcə güclü ehtiras? Onun fikrincə, roman “sevgi romanı”ndan çox “ehtiras romanı”dır. Pakizə Barıştaya görə, Füsunun yalnız fiziki xüsusiyyətləri ilə təqdim olunması oxucunun Kamalın ona niyə bu qədər güclü şəkildə bağlandığını anlamaqda çətinlik çəkməsinə səbəb olur. Bundan əlavə, Barışta əsərin real həyatda muzeyə çevrilməsi ideyasına da müsbət yanaşmır; bunu sadəcə bir “israr” və ya kommunikasiya strategiyası kimi qiymətləndirir və belə bir sual verir: oxucu niyə uydurma bir qəhrəmanın müxtəlif yerlərdən toplanmış xəyali əşyalarını görmək istəsin? Radikal qəzetinin Kitap əlavəsində romanı təhlil edən A. Ömər Türkeş isə əsərdə varlı-kasıb münasibətləri kimi mövzuların tipik Yeşilçam qəlibində təqdim olunduğunu bildirir. Onun fikrincə, Orhan Pamuk tərəfindən təsvir edilən sevgi, Cümhuriyyət Türkiyəsinin müasir mühafizəkar xarakterindən qaynaqlanan xüsusi bir sevgi növüdür. Türkeş qeyd edir ki, 592 səhifəlik romanın bütün hissələrini bir-birinə bağlayan güclü süjet quruluşu sayəsində yazıçının istifadə etdiyi melodramatik və bəzən həddindən artıq təsadüfi görünən hadisələr əsərdə səbəb-nəticə əlaqəsinə çevrilir. Onun sözlərinə görə, Pamuk “dikey üslub”dan istifadə edərək emosional baxımdan ağır mövzuları lazım gəldikdə sadə, sakit və hissiyyatsız bir dillə ifadə etməyi bacarmışdır. Həm nəql edənin mövqeyi, həm də işlənən mövzular baxımından Masumiyet Müzesinin In Search of Lost Time əsərini xatırlatdığını da vurğulayır. Bundan əlavə, roman çap olunmamışdan əvvəl onu oxuyan bir çox ədəbiyyatçı və jurnalistlər əsəri bəyəndiklərini bildirmişlər. Jurnalist Filiz Aygündüz, yazıçı və televiziya aparıcısı Yekta Kopan, Pamukun kitablarının üz qabığı dizayneri Hakkı Mısırlıoğlu və jurnalist Banu Güven romanın gözləntiləri tam şəkildə qarşıladığını qeyd etmişlər. Beynəlxalq tənqidlər Kitab Türkiyə xaricində də geniş müzakirə olunmuşdur. İngiltərədə nəşr olunan Financial Times qəzeti əsəri Ceyms Coysun "Uliss", Lev Tolstoyun "Anna Karenina" və Vladimir Nabokovun "Lolita" kimi dünya ədəbiyyatının məşhur klassikləri ilə müqayisə etmişdir. Muzeyə çevrilməsi thumb|right|Muzeyin binası Masumiyet Müzesi romanının baş qəhrəmanları Kamal və Füsun arasındakı münasibətdə, Kamal Füsundan qalan sarı ayaqqabıları, sırğalarından tək tayı kimi əşyaları toplamağa başlayır. Orhan Pamuk də romandakı dövrə aid bu əşyaları toplayaraq, satın aldığı binada bu əşyaların sərgilənəcəyi bir muzey açacağını bildirdi və muzeyin kitabın nəşrindən bir il sonra tamamlanacağını düşündü. Muzeyin yeri üçün Sultanahmet və Galata ətrafında dolaşdıqdan sonra Pamuk Çukurcuma bölgəsində muzeyi açmağa qərar verdi. Avropa və Asiyada bir çox muzeyləri ziyarət etmiş yazar, İstanbul Çukurcuma’da illər əvvəl aldığı binanın bərpasını türk memarlar İhsan Bilgin, Cem Yücel və alman memar Gregor Sunder-Plassmann ilə həyata keçirdi. “Eski Brukner Apartmanı” tipli bir torpaqda inşa edilən muzey binası 2003-cü ildə tamamlandı. Kitabda bu muzeyə giriş bileti və muzeyin yerləşdiyi yerin xəritəsi 574-cü səhifədə yer alır. Orhan Pamuk muzeyin açılması üçün “Masumiyet Vakfı” adlı bir fond təsis etmək məqsədilə məhkəməyə müraciət etdi və 5 fevral 2009-cu ildə fondun qeydiyyatı təsdiqləndi. Fondun ümumi kapitalı 1.000.000 TL olaraq göstərilmiş və məqsəd maddəsi belə açıqlanmışdır:"Fond; həm Masumiyet Müzesi adı altında, həm də digər adlar altında muzeylər, mədəniyyət və incəsənət mərkəzləri yaratmaq və idarə etmək, incəsənət və düşüncə sahəsində yeni, işlənməmiş, saf və yaradıcı tərəfləri ortaya çıxarmaq, Ferit Orhan Pamukun mədəni, bədii, ədəbiyyat və kommunikasiya fəaliyyətlərini dəstəkləmək, bu istiqamətdə işlər görmək, mədəniyyət, incəsənət, ədəbiyyat və kommunikasiya sahəsində müxtəlif tədbirlər keçirmək, sərgilər təşkil etmək və Fondun fəaliyyətləri çərçivəsində göstərilən bütün işləri həyata keçirmək məqsədilə yaradılmışdır." İstanbul 2010 Avropa Mədəniyyət Paytaxtı Agentliyindən maliyyə dəstəyi ilə açılacaq muzey, alman memarlar Brigitte və Gregor Sunder-Plassmann tərəfindən hazırlanmışdır. Muzeyin 2010-cu ildə açılacağı bildirilsə də, sonrakı açıqlamalara görə açılış 2011-ci ilin baharında planlaşdırılmış, daha sonra 28 aprel 2012-ci ildə açılacağı açıqlanmış və bu tarixdə rəsmi olaraq açılmışdır.
Kaynak ve lisans
Kaynak: Wikipedia — Məsumiyyət muzeyi · katkı geçmişi.
Metin: CC BY-SA 4.0.
Metin düzenlemesi hakkında
Viki işaretlemesi ve şablonlar çıkarıldı; uzun metinler kısaltıldı.