Adam Rayner (; d. 1899 - ö. 4 mart 1950) – tarixdə qeydə alınmış həm karlik, həm qiqant olan yeganə şəxs.Guinness World Records, 2004. Akromeqaliyadan əziyyət çəkdiyi güman olunur.

Bioqrafiya Rayner Avstriya-Macarıstan imperiyasının Qrats şəhərində anadan olmuşdur.Bellows, Alan. "The Man Who Was a Dwarf and a Giant" , DamnInteresting.com, 1 December 2005. 1917-ci ildə 18 yaşı olarkən boyu 122,55 sm olaraq ölçülmüşdür. 1918-ci ildə 19 yaşında olarkən isə boyu 111,5 sm olaraq ölçülmüşdü. Yetkinlik yaşında boyu 147 santimetr idi. Lakin hipofiz vəzindəki şiş onun boyunun qəfil və sürətli artmasına səbəb olmuşdur. 1932-ci ildə 33 yaşında ikən boyu 218 santimetrdə çatmışdır.Hirsch, Obar. Two Types of Gigantism Due to Similar Tumors. Discussion of Growth* Confinia Neurologica, Vol. 21, No. 4 (1961) Qiqantizmin səbəb olduğu bu xəstəliyə görə ömrünün qalan hissəsini yataqda keçirməli olmuşdur. 1950-ci ildə 51 yaşında öləndə boyu 234 santimetr idi.Adam Rainer at The Tallest Man Ayağının ölçüsü 33,1 santimetr idi: karlik olarkən ayaqqabı ölçüsü 43 olduğu halda, cəmi üç il ərzində ayaqqabı ölçüsü 53 olmuşdur. Əllərinin ölçüsü 23,4 santimetr, çəkisi 109 kiloqram idi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Gigantizmli şəxslər Kateqoriya:Dünya rekordçuları