Qorbuşa () — Qızılbalıqkimilər dəstəsindən balıq növü. Sakit okean sümüklüsü fəsiləsinə daxil olan növlər arasında ən tez böyüyən və geniş arealda yayılmış balıqdır.

Xarici görünüşü Okeanlarda beli mavi, göy-yaşılyanları gümüşü qarnı isə ağ rəngdə olur. Quyruq üzgəcində tünd xırda xallar olur. Bütün qızılbalıqlarda olduğu kimi bu balıqlarda da giy üzgəci olur. Bu üzgəclər quyruq üzgəci ilə bel üzgəci arasındadır. V şəkilli quyruq və anal üzgəcləri vardır. Erkəklərin belində nəzərəçarpacaq qozbellik olur. Bu növə də bu səbəbdən Qorbuşa adı verilmişdir. Qorbuşaların orta çəkisi — 2,2 kq-dır. . Erkəklər dişilərdən 1,2–4,5 sm uzunluqda, 100–450 q çəkidə balaca olur. İndiyə kimi qeydə alınmış ən uzun balıq 76 sm olmuş və 7 kq çəki vermişdir.

Çoxalması Kürüləmə iyuldan oktyabrın əvvəllərinə qədər davam edir. Bu səbəbdən iyun-avqust ayları çaylara daxil olurlar. Dayazlıqlarda su dibinə kürü tökürlər. Artıq noyabr-yanvarda kürüdən balalar çıxır. Bu müddətdə isə kürü sarısı ilə qidalanırlar. May-iyunun əvvəlləri balalar artıq açıq dənizə və ya okeana gəlib çatırlar. Bu zaman balaların çoxu yırtıcı balıqlar və quşlar tərəfindən yeyilir. Bu yolçuluqları 30 km təşkil edə bilir. Balalar bir qayda olaraq gümüşü rəngdə olur.

Balalar növbəti yaya kimi Sakit okeanın şimalında yaşayırlar. İki il ömür sürən balıqlar kürüləmə yerində doğulur və elə həmin yerdədə ölürlər. Kürüləmədən sonra balıqlar tələf olur.

Yayılması Qorbuşlara əsasən soyuq sularda müşahidə edilirlər. Əsasən 5,6–14,6 °С, oprimal isə 10,1 °С temperaturu olan sularda yayılırlar. Suyun temperaturu 25,8 °С -ni keçdikdə balıqlar ölür. Sakit, Şimal Buzlu okeanlarda, Sakrameto, Makkenzi çaylarından tutmuş, sibirdə Lena çayı, Korteay sahillərinə qədər yayılmışdır. Asiyada Honşu adasının cənubunda qədər olan sularda müşahidə edilir. Qorbuşa Böyük göllər hövzəsinə də buraxılmışdır. 1964-cü ildə Xəzər dənizinə 2.8 milyion qorbuşa körpəsi buraxıllmışdır. Ancaq nəticə müsbət olmamışdır.

Sənaye əhəmiyyəti Qorbuşa qiymətli sənaye balığı sayılır. + Qorbuşa ovunun Dünya və Rusiya üzrə göstəriciləri на сайте NPAFC. org // Oncorhynchus gorbuscha (Walbaum, 1792) Species Fact Sheet, FAO Fisheries and Aquaculture Department İl 200020012002200320042005200620072008200920102011201220132014 Dünya üzrə ovu, min. t 293,7386,9277,3421,4293,6489,6334524,5309,7603,4398,2585,4406,1570,5297,9 Rusiyadakı ovu, min. t 147,6170,8108,1180,1113,3205,6199,6259,8165425201,4 Onun əti konservləşdirməyə və ya qızardılaraq bişirilməyə imkan verir. Kürüsü isə kulinariyada istifadə edilir.

İstinadlar

Mənbə Позвоночные животные России: горбуша Рецепты блюд из горбуши Kateqoriya:Sənaye balığı Kateqoriya:Rusiya balıqları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Yaponiya balıqları Kateqoriya:ABŞ balıqları