Əlvan qalınalın () — Sümüklü balıqlar sinfinə, Çəkikimilər fəsiləsi daxil olan balıq növü. Sürü halında yaşayan bu balıqlar əsasən Asiya qitəsində təbii arealda yayılmışdır. Bu növ 146 sm uzunluğa, 40 kq çəkiyə sahib ola bilir.

Uzaq Şərqin Sakit okeana tökülən çaylarında yayılmışdır. 1960-cı illərin əvvəllərində Ağ amur, Əlvan qalınalın, və Ağ qalınalın iqlimləşdirmək məqsədilə Amur çayı hövzəsindən gətirilərək Azərbaycanın su hövzələrinə buraxılmışdır. Keçmiş Sovetlər birliyi ölkələrinə daxil olan Avropada yerləşən respublikaların sularına da buraxılmışdır. Bununla da bu balıqlar, Aral, Xəzər, Azov və Qara dənizin akvatoriyasına daxil olan iri çaylara yayılmışdır (Sırdərya, Amudərya, Terek, Kuban, Dnestr, Prut). Azərbaycanda daha böyük kütləyə malik əmtəə balıq növü kimi süni şəraitdə yetişdirilir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Asiya balıqları Kateqoriya:Şirin su balıqları Kateqoriya:Sənaye balığı Kateqoriya:Rusiya balıqları Kateqoriya:Statusu qeyri-müəyyən olan növlər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Çin balıqları