Kiçik Pirəli və ya Kiçik Pirəlli — Azərbaycan Respublikasının Qəbələ rayonunun Kiçik Pirəli kənd inzibati ərazi dairəsində kənd.
Coğrafi məlumatlar Kiçik Pirəlli kəndi mərkəzdən 9 km. cənub-qərbdə Qəbələ–Ağdaş şose yolunun kənarında Topalançayın sahilində (Türyan çayın qolu) Alazan–Həftəran vadisində yerləşir.Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
Toponimikada yazılıb ki, Pirəli adında şəxsin adıyla bağlıdır, əslində tarixi adı Pirəlilidir. Söz təhrifə uğrayaraq indiki halına düşüb.
Sosial məsələlər öz həllini tapıb. Mavi yanacaqdan istifadə olunur, işıqları daimidir.
Fındıq bağlarından, taxıldan gəlir götürürlər. 700 başdan çox iri buynuzlu mal-qara və 800 başa yaxın qoyun-keçi saxlayan kənd əhali təsərrüfatlarını artıraraq yaxşı yaşayış qurublar.
Toponimikası Kiçik Pirəlli oyk, mür. Alazan–Əyriçay çökəkliyindədir. XIX əsrdə keçmiş Qədim Pirelili kəndindən ayrılmış ailələr yeni yaşayış məntəqəsi yaratmış və onu Cocuq Pirəlili adlandırmışdılar. Sonralar cocuq sözü kiçik sözü ilə əvəz olunmuşdur. Qədim Pireli isə Böyük Pirəli adlanmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 761 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər İnzibati Ərazi Vahidləri
İstinadlar
Kateqoriya:Qəbələ rayonunun kəndləri