Şamil Süleymanov — Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri, polkovnik, Veteranlar Təşkilatının təsis etdiyi "Əliağa Şıxlınski" medalı ilə təltif edilmişdir.
Həyat və fəaliyyəti Şamil Süleymanov 10 mart 1935-ci ildə Bakıda anadan olmuşdur. 6 nömrəli orta məktəbin rus bölməsini bitirən kimi Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft-mədən fakültəsinə daxil olmuşdur.
Təhsili 1958-ci ilin avqust ayında ali təhsilini başa çatdırıb ixtisası üzrə yenicə əmək fəaliyyətinə başlamışdır ki, onu Dövlət Təhlükəsizliyi Komitəsinə (DTK) işə dəvət etdilər. SSRİ-nin nüfuzlu ali məktəblərini bitirmiş dörd nəfər həmyaşıdı ilə birlikdə gələcəkdə bu orqanda işləmək məqsədilə Belarusiyanın Mogilyov şəhərində yerləşən kəşfiyyat məktəbinə oxumağa göndərdilər. Həmin vaxt SSRİ-də siyasi ab-hava mülayimləşmiş, əvvəllər qorxulu cəza aparatı kimi ad çıxarmış xüsusi xidmət orqanının əvəzinə yeni yaradılan DTK-nın gənc və ali təhsilli kadrlarla komplektləşdirilməsi qərara alınmışdı. Mogilyovda ikiillik təhsil proqramına bütün müttəfiq respublikaları təmsil edən 200 kursant cəlb olunmuşdu. O ilyarım ərzində nəzəri məsələləri öyrənməli, sonra altı ay müddətində respublikada təcrübə keçməli və buraxılış imtahanı verib işə təyinat almalı idi. 1960-cı ildə Bakıya qayıdıb, dərhal öz ixtisası üzrə işləməyi başlamışdır.
Fəaliyyəti Şamil Süleymanov Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsinin sədri olduğu illərdə onun rəhbərliyi altında işləyib. İkinci şöbədə Heydər Əliyevin rəhbərliyi altında işləməyə, əks-kəşfiyyatın incəliklərini öyrənməyə başladı. Sovet dövlətinin rəhbəri N. Xruşşovun apardığı islahatlar nəticəsində Birinci şöbənin — kəşfiyyat şöbəsinin funksiyaları məhdudlaşdırılmış, ştatda cəmi 7–8 nəfər işçi saxlanılmışdı.
Heydər Əliyev haqqında belə xatırlayır:
200px|thumb|right|Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin loqosu Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində, 1990-cı ildə artıq Bakıya qayıtmış və respublika DTK-sında işləyirdi. 4 iyun 1992-ci ildə AXC hakimiyyətə gəldikdən sonra işdən getməli oldu. Həmin vaxt komitənin əks-kəşfiyyat idarəsinə rəhbərlik edirdi.
Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyi Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin 400 nəfərə yaxın üzvü var. Onlar, əsasən, xüsusi xidmət orqanlarından pensiyaya çıxmış şəxslərlə işləyirlər. Lakin uzun illər idi ki, onun nəsilindən olan pensiyaçıları dövlət təhlükəsizliyi ilə bağlı ictimai fəaliyyətə yaxın buraxmırdılar. Orqana Heydər Əliyev rəhbərlik edirdi.
200px|thumb|right
Kitabları Üçüncü ən qədim "T" idarəsinin İsveç qambiti Подвижники нужны Fədakarlar Gərəkdir
Həmçinin bax Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyi
İstinadlar
Xarici keçidlər Respublika Veteranlar Təşkilatında "Fədakarlar gərəkdir" kitabının təqdimatı olub Respublika Veteranlar Təşkilatında "Üçüncü ən qədim "T" İdarəsinin İsveç qambiti" və "Fədakarlar gərəkdir" kitablarının təqdimatı olub
Kateqoriya:Azərbaycan polkovnikləri