() — aləminin dəstəsinin fəsiləsinə aid bitki cinsi.
Cins rus təbiətşünası A. A. Musin - Puşkinin şərəfinə adlandırılmışdır. Bu cinsin 2 növü məlumdur. Onların vətəni Qafqaz, Kiçik və Ön Asiyadır. Zümrüdvari puşkiniya (P. scilloides) yumru soğanaqlı, ətli yarpaqlı və mavi çiçəkləri olan bitkidir. Çiçək saplağında salxım çiçək qrupuna toplanmış 18-ə qədər çiçəyi vardır. Puşkiniya drenajlı məhsuldar torpaqlarda yaxşı inkişaf edir. Soğanaqları 12 sm dərinliyə əkilir. Bitki bordürlərin qurulmasında, qazonların mərkəzi hissəsində digər bitkilərlə birlikdə əkildikdə gözəl görünür. Puşkiniyanı otaq şəraitində də yetişdirmək olar.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Rusiya florası Kateqoriya:Asiya florası Kateqoriya:Şəxslərin adını daşıyan bitki taksonları