Hacıbala Ağahüseyn oğlu Hüseynov () — vokalçı-aktyor, Azərbaycan SSR əməkdar artisti (1940).
Həyatı Hacıbala Hüseynov 13 yanvar 1912-ci ildə Bakı qəzasının Şüvəlan kəndində anadan olmuşdur. O, orta məktəbi buradakı məktəbdə oxumuş, 1929-cu ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının xor heyətinə daxil olub. 1933-cü ildə truppaya solist götürülüb. Paralel olaraq kanservatoriyada oxuyan Hacıbala 1936-cı ildə təhsilini başa vurub.
Hacıbala Hüseynov Üzeyir Hacıbəyovun "Koroğlu" operasında Həmzə bəy rolunun ilk ifaçısı olmuşdur. O, 1938 və 1959-cu illərdə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyünün iştirakçısı olmuşdur.
Hacıbala Hüseynov 8 yanvar 1967-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940 "Şərəf nişanı" ordeni — 9 iyun 1959
İfa etdiyi əsas rollar Tamaşa Müəllif Rol Leyli və Məcnun Üzeyir Hacıbəyov Əsli və Kərəm Üzeyir Hacıbəyov Koroğlu Üzeyir Hacıbəyov Həmzə Arşın mal alan Üzeyir Hacıbəyov Nərgiz Müslüm Maqomayev Şah İsmayıl Müslüm Maqomayev Aşıq Qərib Zülfüqar Hacıbəyov MahmudGüloğlan Vətən Qara Qarayev, Cövdət Hacıyev Alman zabiti Nizami Əfrasiyab Bədəlbəyli Kəmaləddin Sevil Fikrət Əmirov Məmmədəli bəy
İstinadlar
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanlı aktyorlar