Torf müharibələri (); tam adı Korra əfsanəsi: Torf müharibələri () — Maykl Dante DiMartino və Brayan Konietzkonun Korra əfsanəsi cizgi serialın davamı olan, DiMartino tərəfindən yazılmış və İren Koh tərəfincən çizilmiş üç hissədən ibarət olan komiks.

Çap tarixi

Trillogiyanın birinci cildi komiks dükkanlarında 2017-ci ilin iyulun 26-da satılmağa başlayıb. Təxmin edilib ki, satılan nüsxələrin sayı 4000 mindən bir az az idi. Beləliklə, o ayın altıncı bestseller komiksi olmuş. O, avqustun 8-də kütləvi bazara buraxılıb. İkinci hissəsinin satılışı isə komiks dükkanlarında 2018-ci ilin yanvarın 17-də başlayıb. O da təhminən 6262 sayında satılıb, həmin ayın bestselleri olmuş. Kütləvi bazara yanvarın 30-da buraxılıb. Üçüncü cildin satılışı da həmçinin komiks dükkanlarında 2018-ci ilin avqustun 22-də başlayıb. Və yenə də, bu cildin 5481 nüsxəsi satıldığına görə, o bestsellerlər siyahısının zirvəsinə qalxıb. Üçüncü hissə kütləvi bazara 2018-ci ilin sentyabrın 4-də buraxılıb.

Beləliklə trillogiyanın birinci hissəsi Dark Horse Comics üçün 2017-ci ilin bestselleri, ikinci və üçüncü hissəsi isə 2018-ci ilin çap evinin bestsellir siyahısında birinci və ikinci yerləri tutublar. Komiksin üç hissəsi kitabxana nəşrinə birləşdirilib, 2019-cu ilin martın 13-də bu şəkildə üzə çıxarılmışdı.

İstinadlar

Kateqoriya:Korra əfsanəsi Kateqoriya:LGBTQ-əlaqəli qrafik romanlar