() — aləminin dəstəsinin fəsiləsinə aid bitki cinsi.

Bu cins rus botaniki, alim və etnoqrafi İ. Georginin şərəfinə adlandırılmışdır. Cinsə 42 növ daxildir. Onların vətəni Mərkəzi Amerika və Kolumbiyadır. Gülçülükdə georginlərin 4 növündən və müxtəlif mədəni formalarından istifadə olunur. Dəyişkən georgin (D. variabilis) — çoxillik ot bitkisi olub, yaşıllaşdırmada geniş istifadə edilir. Onların yerüstü hissələri hər il məhv olur. Dəyişkən georginin gövdələrinin içi boş olub, budaqlıdır, hündürlüyü 300 sm-ə çatır. Çiçəyi səbətdir. Boruşəkilli gülləri sarı və ya narıncı rəngdə, dilcik şəkilli çiçəkləri isə müxtəlif rəngdədir. Qələmlə çoxaltmaq üçün qışın axırında kök yumrularını rütubətli sahələrdə əkirlər. Zoğlar 5-8 sm böyüdükdən sonra onları kəsmək və aşağı hissəsində olan yarpaqları qırmaq lazımdır. Kök verməsi üçün ilk dəfə dibçəyə, 3-4 həftədən sonra isə açıq sahələrə əkmək lazımdır.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

Növləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Meksika florası Kateqoriya:Cənubi Amerika florası Kateqoriya:Mürəkkəbçiçəklilər cinsləri Kateqoriya:Antonio Xose Kavanilyes tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Şəxslərin adını daşıyan bitki taksonları