Aladar Qereviç (; ) — "bütün dövlərin ən yaxşı qılıncoynadanı" kimi tanınan macar qılıncoynadan. Altı olimpiya oyununda sablya üzrə qızıl medal almışdır.

Həyatı Aladar Qereviç eyni yarışmanı altı dəfə qazanan yeganə idmançıdır. Müharibə onsuz bəlkə də yarışlarda göstərdiyi ən təsirli nəticəsinə mane ola bilmədi, 1932 və 1960-cı illərdə qızıl medallar qazandı. Bu yarışların arasında 28 il fərq olmasına baxmayaraq o, yarışlarda uğur qazanmağa davam edirdi. Bu ilk və son olimpiya oyunları arasında olan ən uzun müddət idi. Bu rekord 2012-ci ildə Yeni Zellandiyalı idmançı Mark Todd tərəfindən yenidən təkrarlandı.

Qereviçin həyat yoldaşı Erna Boqen, oğlu Pal Qereviç və qayınatası Albert Boqen də olimpiya oyunlarında qılıncoynatma üzrə medallar qazanmışdılar.

1960-cı ildə Romada keçirilən olimpiya oyunlarında iştirak etmək üçün seçim mərhələlərində Macarıstanın Olimpiya komitəsi Qereviçə yarışlara qoşulmaq üçün yaşlı olduğunu bildirdi. O, keçirilən yarışlarda bütün idmançıları məğlubiyyətə uğradaraq komitə üzvlərini susdurdu. 1960-cı ildə keçirilən olimpiya oyunlarının qılıncoynatma üzrə final mərhələsində ani bir hərəkətlə məğlub oldu. Təqaüdə çıxdıqdan sonra 81 yaşında ölümünə kimi Budapeştin Vaşaş idman klubunda məşqçi kimi fəaliyyət göstərdi.

Həmçinin bax Laslo Papp (boksçu)

İstinadlar

Xarici keçidlər

www.olimpic.org: Aladár Gerevich with photos Kateqoriya:"Olimpiya" ordeni kavalerləri Kateqoriya:Olimpiya qızıl medalına sahib Macarıstan idmançıları Kateqoriya:1960 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:1956 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:1952 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Olimpiya gümüş medalına sahib Macarıstan idmançıları Kateqoriya:Olimpiya bürünc medalına sahib Macarıstan idmançıları